“Qəbələ” Antalyada ilk qələbəsini qazanıb
Bakı, 26 yanvar, AZƏRTAC
"Qəbələ" futbol klubu Türkiyənin Antalya şəhərində son yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Sənan Qurbanovun yetirmələri Macarıstanın MTK klubu ilə görüşüb. Lakin, dolu səbəbindən oyunun başlama vaxtı dəyişdirilib. Belə ki, Bakı vaxtı ilə 19:00-da başlayacaq görüş 20 dəqiqə gec start götürüb. Görüş “Qəbələ”nin xeyrinə başa çatıb -3:2.
Oyunda hesabı macarıstanlılar açıb. Rəqib 2-ci dəqiqədə fərqlənib. “Qəbələ”nin oyunçusu Cavid Hüseynov 40-cı dəqiqədə hesabı bərabərləşdirib. Birinci hissə elə bu hesabla da başa çatıb. İkinci hissədə də ilk fərqlənən rəqib komanda olub. Lakin “Qəbələ” klubunun heyətində olan dəyişiklik öz bəhrəsini verib. Belə ki, meydana daxil olan Lalavele Atakora (74) və Sabien Lilyay (79) hər biri bir qol vuraraq klubun qələbəsinə imza atıblar.
Qeyd edək ki, "Qəbələ" Antalyada keçirdiyi digər iki oyunda Almaniyanın "Meppen" klubuna (1: 2) məğlub olub, Rusiyanın "Yenisey" klubu (2: 2) ilə sülh bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]