“Qəbələ” futbol klubunun əməkdaşları UEFA-nın forumunda iştirak ediblər
Bakı, 25 mart, AZƏRTAC
Futbol üzrə UEFA Gənclər Liqası yarışları çərçivəsində məşqçilər üçün forum keçirilib.
AZƏRTAC xəbər verir ki, 2016-2017-ci il mövsümünün iştirakçılarının qatıldıqları tədbirdə Azərbaycanı “Qəbələ” klubunun nümayəndələri təmsil ediblər.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar.
UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Markettinin iştirakı ilə keçirilən tədbirdə futbol mütəxəssisləri - İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapello müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]