QƏHRƏMAN ƏSGƏRİN XATİRƏSİ YAD EDİLDİ
17 il əvvəl Qərbi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində Rioni çayının daşması nəticəsində baş vermiş təbii fəlakət zamanı ağdamlı sıravi əsgər Rahib Məmmədov öz həyatı bahasına 28 nəfəri ölümün pəncəsindən xilas edərkən qəhrəmancasına həlak olmuşdu.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, igid əsgərin doğulub boya-başa çatdığı Mahrızlı kəndində keçirilən xatirə mərasimində onun qısa, lakin mənalı ömür yolundan söhbət açılmışdır. “Qırmızı ulduz” ordenli əsgərin Çaladidi və Mahrızlı kəndlərində xatirə abidəsi ucaldılmış, hər iki kənd məktəbinə qəhrəmanın adı verilmişdir.
Sonra mərasim iştirakçıları əsgərin məzarını ziyarət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]