“Qəhrəmanlarımız üçün yaşıl işıq” layihəsinə başlanılıb
Bakı, 30 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən müharibə iştirakçıları üçün “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsinə və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılmasıdır.
Layihə ilkin qiymətləndirmə, psixoloji müdaxilə planının tətbiqindən və sosial fəaliyyətləri əhatə edən tədbirlərdən ibarət olacaq.
Hazırda posttravmatik stres pozuntusundan əziyyət çəkən 60 nəfər müharibə iştirakçısının psixoloji diaqnostikası aparılır. Diaqnostika aparıldıqdan sonra 20 nəfər layihə iştirakçısı üçün müvafiq fərdi müdaxilə planı tərtib olunacaq. Layihə 3 ay ərzində icra olunacaq.
Layihə üzrə göstərilən xidmətlər Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]