Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəhrəmanlıq tariximiz – şanlı Aprel döyüşləri

Qəhrəmanlıq tariximiz – şanlı Aprel döyüşləri

Bakı, 1 aprel, AZƏRTAC

Aprel döyüşləri adı ilə tariximizin şanlı səhifələrində özünə yer tutan 2016-cı ilin qürurverici qələbə müjdəsi - “Qarabağa qayıdış”ın təməl nöqtəsi - İrəvan Teatrının yaddaşında xüsusi bir əzəmət kimi yaşayır. Çünki vəziyyət elə gətirmişdi ki, kollektivimizin Türkiyə Cümhuriyyətinə növbəti, həm də uzunmüddətli və geniştərkibli bir heyətlə, müəllifi olduğum “Soyqırımı tarixinin dastanı” tamaşası ilə səfərə yola düşmə tarixi həmin günə təsadüf etmişdi. Məqsədimiz erməni yalanlarını ifşa etmək, erməni vandallarının mənfur niyyətlərini, çirkin əməllərini, tarixən başımıza gətirdikləri soyqırımı faciələrini və bizə qarşı təşkilatlanma faktlarını tarixi gerçəkliklərlə göstərmək və onların bu mənfur əməllərinə qarşı apardığımız mübarizələri, qazanılan uğurları türkiyəli tamaşaçılarımız qarşısında sənət təcəssümü ilə canlandırmaq idi.

Bu sözlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin AZƏRTAC-a təqdim etdiyi “Qəhrəmanlıq tariximiz - şanlı Aprel döyüşləri” sərlövhəli yazıda yer alıb. Yazını təqdim edirik.

Ürəyimiz çırpıntıda, qulağımız səsdə, gözlərimiz internet resurslarında nigarançılıq içində yola davam edirdik. Ancaq qəhrəman ordumuzun bizi sevindirəcəyinə, cəbhədən xoş xəbərlər alacağımıza tam əmin idik. Bu əminliklə Tbilisi şəhərində biz kollektiv şəkildə Ulu Öndərimizin abidəsini ziyarət etdikdən və elə böyük liderimizin abidəsi önündə, ruhu qarşısında ordumuza və xalqımıza dualar qılaraq yolumuza davam etdik. Yol bizə bir tərəfdən ağır gəlirdi, ona görə ki, nigarançılığımız vardı, bir tərəfdən də sanki quş kimi uçurduq, çünki ürəyimizdəki güvənc hisslərimiz bizi qanadlandırırdı. Bu güvənc, ilk növbədə, Ali Baş Komandanımızın siyasi biliyindən, ağlından və dərrakəsindən, qorxmaz cəsarətindən və hünərindən, dönməz iradəsindən və mətanətindən, vətənpərvərlik qüdrətindən, eyni zamanda, igid hərbçilərimizin şücaətindən və əzmindən güc alırdı. Aktyorlarımızın ara-sıra müxtəlif istiqamətlərdən aldıqları bəzi, hələ rəsmiləşməmiş xoşətirli xəbərlərin ilkin müjdələri bizi daha da inamlı olmağa sövq edirdi. Yol güzargahımız belə idi ki, biz Gürcüstan Respublikasının ermənilərin sıx yaşadığı Axalkalaki adlanan şəhərindən keçməli idik. Təbii ki, cəbhəmizdəki vəziyyətdən xəbərdar olan gürcü dostlarımız bizə başqa yoldan getməyi tövsiyə etdilər. Mən o zaman İrəvan Teatrının kollektivinin əzminə heyran qaldım. Oradakı ovaxtkı vəziyyət sanki bir tamaşanın finalına bənzəyirdi. Elə ki, mən qəti şəkildə yolumuzdan ayrılmayacağımızı bildirdim, əziz oxucu, kaş kollektivimizin həmin anda bir səslə - müəllifi olduğum “Qurtuluş” tamaşasındakı “Öldü var, döndü yoxdu!” kəlmələrinin xorla hayqırtısını gözlərinizlə görəydiniz. Gürcü dostlarımız heyrət içində idilər. Sənət xadimlərinin bu dönməz iradəsi onları heyran qoymuşdu. Mat vəziyyətində bir-birinin üzünə baxırdılar. Bu baxışlar onun ifadəsi idi ki, bu xalqın sənətkarları belə cəsarət sahibidirlərsə, görün onda onların ordusu hansı qüdrətə malikdir. Beləcə, yolumuza davam etmək üçün izn verildi. Axalkalakinin tən ortası ilə şütüyən, üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanan avtobusun pəncərələrindən bizə mat-mat baxan ermənilər Lələtəpədəki qalibiyyətimizi qəbullanırlarmış kimi donub qalmışdılar.

Türkiyədə olarkən cəbhədən hər gün aldığımız yeni qələbə müjdəsi bizi daha da ruhlandırırdı. Türkiyənin ən böyük şəhərlərində oynadığımız tamaşanın sədası Aprel döyüşlərində qazanılan qələbənin ovqatı ilə tamaşaçıları coşdururdu. Elə oradanca, bütün dünyaya, Ali Baş Komandanımızla, onun qurduğu müasir Azərbaycan Ordusu ilə və möhtərəm Prezidentimizin dünyanı qarşısına ala biləcək hünəri ilə “İrəli!” - deyə, fərəh dolu sözlərimizi səhnədən hayqırırdıq. Tamaşalarımız, qələbə xəbərlərimizin vəhdətində və bizim, eləcə də türkiyəli soydaşlarımızın həmrəyliyi, birliyi ilə son dərəcə böyük coşqular yaradır, sürəkli alqışlarla qarşılanırdı. Təbii ki, bizim bir məqsədimiz də məhz həmin tamaşa ilə Cocuq Mərcanlıya qədəm qoymaq, qələbəmizin havasını orada udmaq və eyni coşqu ilə orada çıxışlar etmək idi. Bu arzumuz biz vətənə döndükdən sonra baş tutdu və şükürlər olsun ki, Qarabağa qayıdışın ilk pilləsi olan Aprel döyüşləri Qarabağımıza böyük qayıdışın təməlinə çevrildi.

Biz xoşbəxt xalqıq ki, bizim Heydər Əliyev kimi fenomen Ulu Öndərimiz, onun siyasi varisi, dünya siyasi arenasında bütün parametrlərdən öz böyüklüyü ilə seçilən İlham Əliyev kimi müasir siyasi liderimiz, Müzəffər Ali Baş Komandanımız və qəhrəman, yenilməz Ordumuz vardır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb drektorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO