Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qənirə Paşayeva: Şuşa Bəyannaməsi ilə Türk dünyası tarixinin yeni mərhələsinin əsası qoyuldu

Qənirə Paşayeva: Şuşa Bəyannaməsi ilə Türk dünyası tarixinin yeni mərhələsinin əsası qoyuldu

Bakı, 26 iyun, AZƏRTAC

Xalqımız builki Milli Qurtuluş Günündə daha bir bayram sevinci yaşadı. İyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Şuşada qardaşlığın rəmzi olan Bəyannamənin imzalanması çox əlamətdar hadisədir. Prezident İlham Əliyevin “Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk” ifadəsi iyunun 15-də imzalanmış sənədin mahiyyətini çox dəqiq ifadə edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Q.Paşayeva qeyd edib ki, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında möhkəm münasibətləri bir daha təsdiqləyərək, gələcəyimizin üfüqlərini müəyyənləşdirir. Müttəfiqlik haqqında Bəyannamə iki qardaş, dost və qonşu ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bu sənəddə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bu təminatlı gələcəyə imza atmaq siyasi iradə, cəsarət, beynəlxalq vəziyyəti və geostrateji reallıqları qiymətləndirmək və gələcəyi görmək bacarığı tələb edirdi. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə ən yeni dövr tariximizin, Qafqaz tarixinin, Türk dünyası tarixinin yeni mərhələsinin əsası qoyuldu!

Komitə sədri bildirib ki, Bəyannamədə ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün kəlamları yer alıb. XXI yüzillikdə azad edilmiş Şuşada müttəfiqlik haqqında Bəyannamənin imzalanması müdrik rəhbərlərin yanaşma və fəlsəfəsinin əbədiləşdirilməsinin təsdiqi, təsbitidir. Strateji önəm daşıyan bütün işbirliyi istiqamətlərini əhatə edən Şuşa Bəyannaməsində ölkələrimiz arasında siyasi, hərbi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, beynəlxalq müstəvidə işbirliyi öz əksini tapıb. Bəyannamədə, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib.

Sənəddə müdafiə sahəsində işbirliyi və qarşılıqlı hərbi yardım məsələlərinin əksini tapması tarixi uğurudur. 44 günlük Vətən müharibəsində qardaşlığın təntənəsini və gücünü bütün dünyaya göstərən Azərbaycan və Türkiyə dövlətləri bundan sonra da bir yerdə olacağımızı Şuşa Bəyannaməsi ilə dosta da, düşmənə də göstərdi. Əslində, biz kiminsə düşməni deyilik. Şuşada imzalanan Bəyannamə də, imzalanmadan sonra mətbuata verilən açıqlamada deyilənlər də aydın şəkildə göstərdi ki, Azərbaycan-Türkiyə işbirliyindən bölgəyə, qonşulara yalnız xeyir, fayda gələ bilər.

Deputat vurğulayıb ki, haqqı, ədaləti, birgəyaşayışı, sülhpərvər siyasəti təmsil edən Azərbaycan və Türkiyə ikitərəfli münasibətlərini inkişaf etdirməklə 3+3 formatı üçün də qapı açmış olur. Dialoqa, əməkdaşlığa, beynəlxalq hüquq normalarına, iqtisadi-ticari əlaqələri gücləndirməyə qarşı olmayan hər kəsin keçə biləcəyi qapıdan söhbət gedir. Hazırda o qapı Zəngəzur dəhlizinə açılır. Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatında öz əksini tapmışdı və Şuşa Bəyannaməsi ilə bir daha gündəliyə gəldi. Zəngəzur dəhlizində işlərin müxtəlif bəhanələrlə ləngidilməsinə çalışan Ermənistan rəhbərliyi anlamalıdır ki dəhlizin qarşısını almaq mümkün deyil, ləngimələrsə, ilk növbədə, Ermənistanın özünə ziyandır. Çünki bölgənin ən kasıb, ən gəlirsiz, ən balaca, ən perspektivsiz ölkəsi odur. Üstəlik, Ermənistan işğalçılığı, terroru açıq dövlət siyasəti halına gətirmiş və məğlub olmuş ölkədir, üzərində Xocalı soyqırımının məsuliyyəti və bir çox başqa müharibə cinayətləri var. Ermənistan əvvəl-axır Azərbaycana təzminat ödəməli olacaq və sair. Belə olan halda, Zəngəzur dəhlizinin iqtisadi, siyasi və digər qazancları Ermənistana daha çox lazımdır.

Beynəlxalq önəm daşıyan bir layihə olmaq etibarı ilə Zəngəzur dəhlizi böyük geosiyasi, iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhlizin açılması deməkdir.

“Bir daha vurğulamaq istərdim ki, hərbi sənaye sahəsindəki işbirliyi tərəfdaşlığın önəmini və ölkələrimizin qüdrətini artıran çox mühüm amildir. 44 günlük Vətən müharibəsində PUA-ların böyük rol oynadığı sirr deyil. Müdafiə sənayesi sahəsində bağların inkişafı ölkələrin hərbi qüdrətini daha da artıracaq. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşada dalğalanan ay-ulduzlu müqəddəs bayraqlar ölkələrimizin birliyini nümayiş etdirir. Bu, dosta sevinc, qürur, düşmənə göz dağıdır”, - deyə Qənirə Paşayeva qeyd edib.

Mədəniyyət komitəsinin sədri diqqətə çatdırıb ki, Türkiyənin Bakıda səfirliyi, Gəncə və Naxçıvanda Baş konsulluqları fəaliyyət göstərir. Artıq bu sıraya yeni bir ünvan da əlavə olunacaq Türkiyə Respublikasının Şuşa Baş konsulluğu. Bu, diplomatik münasibətlərimizin yeni səviyyəsi deməkdir. Bu qərar, iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı rolun da aydın ifadəçisidir: “Bir sözlə, Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələri bütün müstəvilərdə inkişaf edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, təmir-bərpa, habelə minalardan təmizlənmə və digər işlərdə də Azərbaycanla Türkiyə arasında sıx işbirliyi mövcuddur”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib