Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində tədqiqatçı alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabının videokonfrans formatında təqdimatı keçirilib. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi hücum diplomatiyasının ən vacib məqamlarından biri tarixin ermənilər tərəfindən saxtalaşdırılmasının ifşa edilməsidir. Biz dəfələrlə beynəlxalq tədbirlərdə Prezidentimiz tərəfindən ermənilərin açıq şəkildə ifşa edilməsinin şahidi olmuşuq. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi hücum diplomatiyası Azərbaycanın və Ermənistanın həqiqi tarixinin beynəlxalq auditoriya tərəfindən mənimsənilməsi, dərk edilməsi, onların təsəvvüründə bu bölgənin həqiqi tarixi haqqında mənzərənin formalaşdırılması kimi vacib məqsədə xidmət göstərməkdədir.

Əli Əhmədov deyib ki, saxtakarlıq erməni millətinin ayrılmaz xislətinə, xüsusiyyətinə çevrilib: “Saxtakarlıq tarixən ermənilərin mənimsədiyi məşğuliyyətlərdən biridir. Ermənilər bunu vicdan əzabı çəkmədən ediblər və bu gün də etməkdədirlər. Tarixə münasibətdə də belədir. Özlərinin maraqları naminə vicdan əzabı çəkmədən, tarixi və tarixi hadisələri saxtalaşdırıblar. Tarixin saxtalaşdırılması ermənilərin işğalçı siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Onlar işğal etdikləri torpaqların tarixini dəyişmək üçün də tarixi təhrif edir, guya özlərinə məxsus olması üçün yanlış təsəvvür yaratmağa çalışırlar. Tariximizlə yanaşı, mədəniyyətimizə də ermənilər tərəfindən təcavüz edilib və bu gün də edilməkdədir. Bu baxımdan, təqdimatına toplaşdığımız kitab bir tərəfdən Prezident İlham Əliyevin Azərbaycan tarixinin dərindən öyrənilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyələrə cavabdırsa, digər tərəfdən tariximizin ermənilər tərəfindən təhrif edilməsinin miqyası ilə əlaqədar təsəvvürlərimizin daha da aydınlaşmasına kömək göstərir. Bu kitabda soyqırımına məruz qalan 1000-ə yaxın toponimimiz əksini tapır. Bu toponimlər dəyişdirilərkən özündən əvvəl mövcud olmuş, azacıq da olsa tarixi kökə məxsus olmuş toponimlə əvəz olunmayıb. Yeni adların heç birinin tarixlə əlaqəsi yoxdur. Bu, sübut edir ki, ermənilər azərbaycanlıların ərazilərini əllərinə keçirdikdən sonra real tarixi bütünlə yox etmək kimi çirkin yol seçiblər. Kitab bizim tariximizin çox vacib hissəsinin hər birimiz, xüsusilə gənclərimiz tərəfindən yaxşı mənimsənilməsi üçün gözəl vasitədir”.

Kitabın tərtibçisi, Milli Məclisin deputatı, tədqiqatçı-alim Əziz Ələkbərli çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlərboyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.

Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə etmiş ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə, ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başlayıblar. Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi. Bu il iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi ki, bu tarix ciddi şəkildə araşdırılsın, elmi əsərlər ortaya qoyulsun. “Yeni Azərbaycan Partiyasının layihəsi olaraq nəşr olunmuş “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı da cənab Prezidentin bu çağırışına bir cavabdır. Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin - oykonim, oronim və hidronimin siyahısı verilib. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu deportasiyasına qədərki ərazi inzibati bölgüsü - rayonları üzrə qruplaşdırılıb, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun görüntülər verilib. Kitaba daxil edilmiş toponimlər hər bir toponimin “köhnə adı”, “yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə ilə bağlı Ermənistan SSR Ali Soveti Fərmanının tarixi) xanaları üzrə qruplaşdırılıb. Bu, özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur.

Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycan toponimlərinin ermənilər tərəfindən dəyişdirilmə prinsiplərinə də xüsusi diqqət yetirilib.

AMEA-nın Naxçıvan bölməsinin rəhbəri İsmayıl Hacıyev çıxışında bu kitabın erməni saxtakarlığının ifşa edilməsində vacib elmi sənəd olduğunu bildirib. Onun fikrincə, kitabın xüsusi əhəmiyyəti ondadır ki, burada təqdim olunmuş sənədlər çar Rusiyasının hazırladığı xəritələrə əsaslanır. İ.Hacıyev erməni saxtakarlığı ilə bağlı elmi araşdırmaların daha da gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev tədqiqatçı alim Əziz Ələkbərlinin bu istiqamətdə sanballı əsərlər yazdığını bildirib. Onun fikrincə, Azərbaycan Prezidentinin çağırışı əsasında Yeni Azərbaycan Partiyasının layihəsi olaraq nəşr olunmuş “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı da bu baxımdan mühüm elmi əsərdir. M.Quliyev qeyd edib ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə parçalamaqla bitmədi, əslində yeni faciələrimizin də başlanğıcı oldu. Belə ki, bu müqavilənin əsasında tarixi torpaqlarımıza köçürülən ermənilər azərbaycanlılara qarşı soyqırımı törədib, torpaqlarımızı işğal ediblər. O, Qərbi Azərbaycanda adları dəyişdirilən toponimlər barədə faktlarla fikirlərini əsaslandırıb.

M.Quliyev təklif edib ki, təqdimatı keçirilən kitabın elektron versiyası hazırlansın, rus və ingilis dillərinə tərcümə olunaraq internetdə yerləşdirilsin. Belə olarsa, dünya ictimaiyyəti də ermənilərin törətdiyi cinayətlərlə daha yaxından tanış ola biləcəklər.

Tədbirdə çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli nəşr olunmuş kitabın elmi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Ə.Hüseynli sovetlər hakimiyyəti dövründə ermənilərin toponimlərin adlarını mərhələlərlə dəyişdirdiklərini deyib və bunu faktlarla diqqətə çatdırıb. Onun sözlərinə görə, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ermənilər Ermənistan SSR-də toponimlərimizin dəyişdirilməsinə cəsarət etməyiblər. Bunun nümunəsi kimi, 1969-1979-cu illərdə həmin ərazilərdə heç bir yer adı dəyişdirilməyib. Birinci vitse-spiker qeyd edib ki, azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyası illərində azərbaycanlılar bu deportasiyaya qarşı ciddi müqavimət göstəriblər. Bu məsələ də alimlərimiz tərəfindən araşdırılmalı və elmi-tarixi əsərlər ortaya qoyulmalıdır. Çünki bu deportasiya faktı da cinayətdir, beynəlxalq hüquqa zidd addımdır. Bu məsələlərlə bağlı faktların geniş dünya ictimaiyyətinə çatdırılması ermənilərə ciddi zərbə ola bilər.

Tədbirdə, həmçinin YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov, akademik Fikrət Əliyev və professor Şahlar Əsgərov çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda ermənilərin soyadlarımızı da mənimsəməyə çalışdıqları bildirilib, eləcə də İrəvan şəhərinin tarixi maketinin hazırlanması, erməni saxtakarlığı ilə bağlı kitabların xarici dillərə tərcümə edilməsi təklif edilib.

Tədbirə yekun vuran YAP Sədrinin müavini Əli Əhmədov çıxış edən natiqlərin dəyərli təkliflər irəli sürdüyünü deyib. O, təqdimatı keçirilən kitabın elektron versiyasının hazırlanmasının, rus və ingilis dillərinə tərcümə edilməsinin nəzərdə tutulduğunu bildirib. YAP Sədrinin müavini, həmçinin qeyd edib ki, 1948-1953-cü illərdə sovet hökuməti tərəfindən azərbaycanlıların deportasiyaya məruz qalması və azərbaycanlıların hüquqlarının bərpa edilməsi məsələsi gündəmə gətirilməli, beynəlxalq müstəviyə çıxarılmalıdır. Çünki həmin dövrdə deportasiyaya məruz qalmış digər xalqlar sonradan öz hüquqlarını bərpa ediblər. Hüquqları bərpa olunmayan yeganə xalq isə azərbaycanlılardır.

Sonda Əli Əhmədov Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri, onların işğalçılıq siyasəti ilə əlaqədar bundan sonra da elmi-tədqiqat işlərinin aparılacağını diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib