Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Ermənilərin çirkin əməllərini, nifrətini gözlərimlə görürdüm

Qərbi azərbaycanlı: Ermənilərin çirkin əməllərini, nifrətini gözlərimlə görürdüm

Gəncə, 22 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrdə dədə-baba yurdlarından didərgin salınan Qərbi azərbaycanlılar uzun illərdir doğma el-oba həsrəti ilə yaşayırlar. Harada yaşamalarına baxmayaraq, onların hər biri keçmişi, yaddaşlarına qazınan xatirələri, damarlarında axan qanı, varlığı ilə doğma elə bağlıdır. Belə insanlardan biri də qədim oğuz yurdu olan Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olan Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor Ziyad Abbasovdur. Qərbi azərbaycanlı AZƏRTAC-ın bölgə müxbirinə Kəsəmənli günlərindən, yurd nisgilindən danışıb.

“Kəndin təməli XVI əsrdə Qazaxın Qıraq Kəsəmən kəndindən gələn iki qardaş tərəfindən qoyulub. Kəndimizdə 1988-ci ilədək ancaq azərbaycanlı ailələr yaşayıb”, - deyən müsahibim oradakı Cüt, Duzlu, Subatan, Qurbanəli, Koroğlu bulaqları, Göyqaya, Ağqaya, Kalvayı Vəli, Ağdaş qayaları, Ocaq təpəsi dağı, Dəyirman, Koroğlu, Şiştəpə, Sarınər dərəsi kimi türkmənşəli toponimlərlə adlanan neçə-neçə yurd yerlərini sadalayır. Kəsəmənin səfalı təbiətə malik olduğunu vurğulayan Ziyad müəllim doğma yurdda ömrünün ən unudulmaz və gözəl günlərinin keçdiyini dilə gətirir: “Ailəmizdə 7 övladdan biri olmuşam. Atam Mehralı kişi dəmirçi olub, yanına ətraf kəndlərdən də gələrdilər. Kəndimizdə əhali zəhmətkeş idi, kolxozda çalışırdılar, əkinçilik, heyvandarlıq, tütünçülük, taxılçılıqla məşğul olurdular. İnsanların geniş meyvə bağları var idi, biz arı da saxlayırdıq, təmiz balından yeyib, qonşulara da verərdik”, - deyən Ziyad müəllim kəsəmənlilərin mehriban, həyatsevər olduqlarını, şad və dar günlərində hər zaman bir-birinin yanında durduqlarını söyləyir.

Ziyad Abbasov deyir ki, kənddə milli-mənəvi dəyərlərə, adət-ənənələrə böyük həssaslıqla yanaşılıb. “Yurda sevgini, böyüyə-kiçiyə hörməti, ailəyə bağlılığı, çətinliklərə mərdliklə sinə gərməyi uşaqlıqdan öyrəndik. El bayramlarımızı lazımınca keçirirdik, aşıq məclisləri qurulurdu, dastanlar səsləndirilirdi. Uşaq yaşlarıma təsadüf etsə də, xatırlayıram ki, İkinci Dünya müharibəsi illərində, ondan sonra müəyyən bir müddət qıtlıq, çətinlik olsa da, insanlar şuxluğunu, ruh yüksəkliyini, məğrurluğunu itirmirdilər”, - deyən Qərbi azərbaycanlı məktəb illərini də bugünkü kimi xatırlayır. Kənddə 7 illik məktəbdə oxuyan müsahibim təhsilini qonşu kənddəki tam orta təhsil ocağında davam etdirib. “Dərslərimizi həvəslə oxuyurduq, əlaçı idim. Mən də daxil olmaqla, 12 uşaq hər gün saat 5-də durub, yağış-qar demədən kilometrlərlə yol qət edərək böyük şövqlə Şişqaya kəndinə məktəbə gedirdik. Məktəbdə bizə səhər idmanı da etdirirdilər. Bir dəfə idmana gecikmişdik deyə, Qədir müəllim bizi dərsə buraxmamışdı. Biz də direktora demişdik ki, idmanı elə uzun yolda etmişik, beləcə bir gün də olsa dərsi buraxmamışdıq”, - deyən müsahibimin üzündə təbəssüm yaranır.

Danışıq əsnasında görürük ki, Ziyad Abbasovun yurduna aid bütün xatirələri belə xoş duyğular yaratmır. Təbii ki, ürəyini sıxan məqamlar da var. Həmsöhbətimizin sözlərinə görə, Kəsəmən əhalisi 1918-1920-ci illərdə ermənilər tərəfindən deportasiyaya məruz qalıb. “Qönçə nənəm o zaman uşaqlarını da götürüb, min bir zülmlə Gəncəyə qaçmalı olub, sonradan isə yurd həsrətinə dözməyərək, geri dönüb. O, ermənilərin günahsız azərbaycanlılara necə divan tutmasından danışardı. Böyüdükcə ermənilərin çirkin əməllərini, nifrətini öz gözlərimlə də görürdüm”, - deyən müsahibim bildirir ki, ermənilər azərbaycanlıların savadlı, bilikli, bacarıqlı olmasına həmişə qısqanclıqla yanaşıblar. Qorxaq olduqları üçün məkrlə, əllərindən gəldiyi qədər azərbaycanlıları özlərindən asılı vəziyyətə salmağa çalışıblar.

“Maşın, traktor stansiyaları var idi, oradan gələn texnikalarla kolxoz sahələri şumlanırdı, biçilirdi. Stansiyalara rəhbərlik ermənilərə həvalə olunurdu ki, onlardan asılılıq olsun. Kəndimizə gələn stansiya sədri Nazaryanın təkəbbürünü görüb söz verdim ki, aqrar sahə üzrə mütəxəssis olacağam. Azərbaycanda ali təhsil almamışdan öncə, İrəvan Kənd Təsərrüfatı Texnikumunu əla qiymətlərə bitirmişdim”, - deyən Ziyad Abbasov vurğulayır ki, təhsil illərində ermənilər öz nifrətlərini azərbaycanlı gəncləri davaya təhriklə də göstəriblər, sonda isə döyülən elə özləri olublar.

Ermənilər hər zaman azərbaycanlıların hörmətindən, nüfuzundan, mərdliyindən, igidliyindən çəkiniblər: “Bizim ellərin yüksək vəzifələrdə işləyən Yunis Rzayev, Qəşəm Aslanov, Şişqaya kəndinin kolxoz sədri Mikayıl Bayramov kimi şəxsiyyətləri olub. Bu insanlar ermənilərə öz yerini həmişə göstəriblər. Ermənilər gizli nifrətlərini sonradan açıq-aşkar büruzə verməyə başladılar”.

1987-ci ilin noyabrında Qafandan Qərbi azərbaycanlıların çıxarılmasından daha da həvəsə gələn ermənilər əhaliyə öz doğma yurdlarını tərk etmələri üçün təzyiq göstərməyə başlayıblar. Basarkeçər rayonunun mərkəzinə sərnişin daşıyan avtobusların fəaliyyəti dayandırılıb, məktəblər bağlanıb, mülki azərbaycanlıların həyatı üçün təhlükə açıq-aşkar forma alıb. “Qardaşım Əli Abbasov kəndimizin kolxoz sədri idi. Onunla birgə 21 kolxoz sədri öz aralarında yazışaraq belə qərara gəlirlər ki, kəndlərin, əhalinin təhlükəsizliyi üçün tədbirlər görsünlər. Səngərlər qazılır, gecələr növbə çəkilir, qadın və uşaqların kəndləri tərk etməməsi qərarlaşdırılır. Bu yazışmalardan biri ermənilərin əlinə keçmişdi, may ayında qardaşımı vəzifədən çıxardılar, qarlı-çovğunlu qışda isə əhalini deportasiya etdilər”. Ziyad Abbasov deyir ki, heç kəs öz ata-baba ocağını, qabarlı əlləri ilə ucaltdığı ev-eşiyini tərk etmək istəməyib, ancaq təzyiqlər və təhlükə insanları yurddan əli yalın, mal-mülkünü, varidatını orada qoyaraq didərgin düşməyə vadar edib. Həmsöhbətimin ailə üzvləri Gəncəyə üz tutublar. Qərbi azərbaycanlı o günləri qəhərlənərək xatırlayır...

İllərlə işğal altında olan torpaqlarını azad edərək tarix yazan bir xalqın nümayəndəsi olmasından qürur duyduğunu deyən Ziyad Abbasov dövlətimizin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına ləyaqətlə qayıdışına nail olacağına da əmindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb