Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Tarixi torpaqlarımıza qayıdış beynəlxalq sənədlərdə təsbit olunan hüququmuzdur

Qərbi azərbaycanlı: Tarixi torpaqlarımıza qayıdış beynəlxalq sənədlərdə təsbit olunan hüququmuzdur

Qazax, 28 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrdə Qərbi Azərbaycanın dörd bir yanında olduğu kimi, Göyçə mahalının Çəmbərək rayonundakı Toxluca kəndində də bu torpaqların əsl sahibi olan azərbaycanlılar dəfələrlə etnik təmizləməyə məruz qalıblar. Neçə-neçə nəsillər ayrı-ayrı zaman kəsiyində eyni taleni, eyni ağrı-acını yaşamağa məhkum ediliblər. Yurd həsrəti ilə dünyadan köçənlər də çoxdur, ürəyi Qərbi Azərbaycanla döyünüb, ona qovuşacağı günü səbirsizliklə gözləyənlər də. 1957-ci ildə Göyçə gölündən 5 kilometr şimalda yerləşən Toxlucada dünyaya göz açan Süleyman Bayramov da doğma kəndinin həsrətini çəkir.

AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olan Qərbi azərbaycanlı tarixi həqiqətlərə söykənən ədalətin qalib gələcəyinə əmindir. Onun sözlərinə görə, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında – Qərbi Azərbaycanda yaşaması, zəngin maddi-mənəvi irs yaratması faktını danmağa çalışsa da, bu, mümkün deyil.

“1988-ci ilin dekabrında baş verən deportasiyaya qədər Çəmbərəkdə rayon mərkəzindən sonra ən böyük yaşayış məntəqəsi olan kəndimizdə 3200-ə yaxın azərbaycanlı yaşayıb. Toxluca Ocaq, Kirkitli və Çal dağları ilə əhatə olunub. Kəndin bünövrəsinin VII əsrdə qoyulduğu ehtimal olunur. Kəndin adı 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib”, - deyən Süleyman Bayramov bildirir ki, Toxluca toponiminin Azərbaycan dilində “dağlıq yer” anlamında olan “dağlıqca” sözünün fonetik forması əsasında əmələ gəlməsi fikri var. Kənddə zamanında Anağızoğlu, Dərəyurd, Düzyurd, Taxça, Əyricə, Dərəkom, Ayıdərəsi, Quzey, Xırmanlı, Kərəmbiçən, Qurdlubulaq, Biçənək adlı qışlaqlar olub. Toxlucadakı yer adları da bu torpaqların tarixən öz əzəli sahiblərinə, yəni azərbaycanlılara məxsusluğundan xəbər verir.

“Türk mənşəli toponimlərdən başqa, kəndimizin qədimliyinə dəlalət edən faktlardan biri də ərazisindəki oğuz qəbirləridir. Kənd sakini Cəfər Əli oğlu 1936-cı ildə kəndin yuxarısında, Çal dağının ətəyində ev tikəndə özüldən çıxan qəbir daşları, boyu uzun insan skeletlərinin qalıqları kəndin qədimliyinin və oğuz türklərinə mənsubluğunun sübutu olub. Ərazidə alban abidələrinin qalıqları da vardı. Qəbiristanlığımızda da köhnə qəbirlər olub”, - deyə o bildirir.

Süleyman Bayramovun sözlərinə görə, təbiəti gözəl olan Toxlucanın əhalisi mehriban və zəhmətkeş olub. İnsanlar milli bayramları qeyd edib, adət-ənənələri yaşadıblar, elmə, biliyə, mədəniyyətə hörmətlə yanaşıblar. “Kəndimizdə qardaşım İbrahim Bayramov, Həsən Bayramoğlu, Hüseyn Əhmədov kimi çox sayda ziyalılar doğulub, boya-başa çatıb. Rayon mərkəzindəki 18 nömrəli Yol-Tikinti İdarəsinin, Başkənd xalça fabrikinin filiallarının fəaliyyət göstərdiyi Toxlucada böyük orta məktəb binası, mədəniyyət evi, ATS, tibb məntəqəsi, aptek də vardı. Əhali əkinçiliklə, heyvandarlıqla, arıçılıqla da məşğul olub”.

Qərbi azərbaycanlı xoşagəlməz xatirələrin yaddaşına silinməz izlərlə yazıldığını deyir. Babasından eşitdiyi dəhşətli hadisələrin sonradan özü də şahidinə çevrilib: “1919-cu ildə ermənilər kəndimizə hücum ediblər. Toxluca igidləri düşmən hücumlarına sinə gəriblər. Buna baxmayaraq, arası kəsilməyən hücumlar nəticəsində əhali, o cümlədən babam İdris Kalvaqasımov doğma yurdu tərk etməli olub. Kəlbəcərə üz tutan babamgil 1921-ci ildə geri qayıdıblar. Babam deyərdi ki, hələ İrəvanda ermənilərin sayı çox az idi, onlara da yağış yağanda “Çölə çıxmayın, yer çirklənər” deyərdilər”.

Müsahibimiz ermənilərin azərbaycanlılara qarşı kinini hələ lap uşaq yaşlarından hiss edib. “Balaca idim, Artur adlı ermənidən eşitmişdim ki, Suriyadan gələn atasının azərbaycanlıları görməyə gözü yoxdur. Bizə türk deyirdilər, məhsul satmamağa çalışırdılar. Erməni həkimlərin etdiyi əməliyyatlar nəticəsində Sənəm adlı qadın ölmüşdü, sovxozumuzun müdirinin qızı isə şikəst oldu. Bütün bunlar qəsdən edilirdi. Diş həkimləri keyidici dərmanlardan istifadə etmirdilər. Hərbi xidmətdən qayıtdıqdan sonra mənə, eləcə də digər gənclərimizə iş vermirdilər”, - deyən müsahibim bildirir ki, ermənilərin kəndə gələrək qədim yerlərin şəkillərini çəkməsinin, bulaqlara, abidələrə zərər verməsinin, mənəvi və maddi dəyəri böyük köhnə xalçaları, mis qabları dəyər-dəyməzinə almasının əsl səbəbini sonradan anlayıb.

Ermənilər öz niyyətlərini 1988-ci ilin sonralarında açıq şəkildə büruzə verməyə başlayıblar. Rayon mərkəzinə aparan nəqliyyat vasitələri fəaliyyətini dayandırıb, mağazada ərzaq satılmayıb, kəndin ziyalılarına öz yurdlarını tərk etmələri barədə xəbərdarlıq edilib, hədə-qorxu gəliblər. “Qardaşım Toxluca kənd orta məktəbinin direktoru, kənd sovetinin deputatı idi. Ona və digər ziyalılara kənd əhalisinin təhlükəsizliyinə təminat verilmədiyi bildirilmişdi. Kişilər gecə-gündüz evlərə keşik çəkirdilər, lakin sonda əhali mal-mülkünü də qoyub, kəndi tərk etməli oldu. İnsanlar pərişan halda Qazaxa, Tovuza, Bakıya üz tutdular. 80 yaşlı babam yenidən deportasiyaya məruz qaldı”, - deyə Süleyman Bayramov qeyd edir.

Müsahibimiz onu da bildirir ki, Qərbi Azərbaycana qayıdış onun və soydaşlarının bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququdur. Hər bir Qərbi azərbaycanlı tarixi torpaqlamıza, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəkləyir və öz dədə-baba yurduna ləyaqətli, təhlükəsiz şəkildə qayıdışın reallaşacağına əmindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır