İDMAN
“Qətər-2022”: Ukrayna millisi Şotlandiya yığmasına qalib gəlib
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 1-də futbol üzrə Şotlandiya və Ukrayna milli komandaları arasında dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib. Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilən oyunu niderlandlı FIFA referisi Denni Makkelli idarə edib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Ukrayna yığmasının inamlı qələbəsi ilə başa çatıb - 3:1.
Beləliklə, iyunun 5-də Kardiffdə baş tutacaq matçda Ukrayna və Uels yığmaları dünya çempionatına sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Xatırladaq ki, UEFA Ukraynadakı vəziyyətə görə yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.
Futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2024 [17:06]
Azərbaycan çempionu: Son zamanlar ölkəmizdə bilyarda maraq artıb
- 07.10.2024 [17:04]
Dünya çempionatı: Azərbaycan minifutbol millisi Serbiyaya məğlub olub
- 07.10.2024 [17:03]
NBA tarixində ilk: Ata və oğul eyni anda parketə çıxıb
- 07.10.2024 [16:46]
Azərbaycan açıq Asiya Cüdo Kubokunda iştirak edəcək
- 07.10.2024 [16:07]
Bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionu müəyyənləşib
- 07.10.2024 [16:04]
Azərbaycanın futzal millisi yoldaşlıq oyunları keçirəcək
- 07.10.2024 [15:45]