Qeyri-leqal miqrantların ümidsiz hərəkətləri
Budapeşt, 6 iyun, AZƏRTAC
Macarıstanın hüquq mühafizə orqanları ölkənin cənubunda Moraxalom sərhəd maneəsinin altında tunel aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, hərbçilər bu gecə Çonqrad-Çanad dairəsində sərhəd boyunca “intensiv hərəkət” müşahidə ediblər. Sərhəd maneələrinin altından keçən 24 metr uzunluğunda tunel onları Serbiya ərazisinə gətirib çıxarıb.
Ehtimal edilir ki, bu tunel vasitəsilə hələlik heç kim Macarıstana keçməyə macal tapmayıb. Serbiyanın hakimiyyət orqanları ilə birgə araşdırmadan sonra tunel torpaqla doldurulacaq.
Macarıstan-Serbiya sərhədində daha əvvəl iki oxşar tunel aşkar edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]