MƏDƏNİYYƏT
QHT nümayəndələri üçün mədəniyyət və turizm müəssisələrinə infotur təşkil olunacaq
Bakı, 4 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Qeyri-Hökumət Təşkilatları (QHT) ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Quba-Qusar bölgəsinin mədəniyyət və turizm müəssisələrinə infotur təşkil edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, infoturun təşkilində məqsəd QHT nümayəndələrini mədəniyyət və turizm müəssisələri ilə tanış etmək, onlarda milli mədəniyyətimizin inkişafına və təbliğinə xidmət edəcək maarifləndirici və kreativ ideyaların formalaşmasına yardımçı olmaqdır.
İnfotur çərçivəsində Quba şəhərində Səkinəxanım məscidi, Quba Soyqırımı Memorial Kompleksi və Fətəli xan qəsəbəsinə (Qırmızı qəsəbə), Qusar rayonundakı "Şahdağ" Qış-Yay Turizm Kompleksinə ekskursiyalar nəzərdə tutulub.
İnfoturda iştirak etmək istəyən qeyri-hökumət təşkilatlarının nümayəndələri iyulun 15-dək Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-Hökumət Təşkilatları ilə iş sektorunda qeydiyyatdan keçməlidir.( Email: [email protected]; Tel: (012) 498-79-53)