Qida Təhlükəsizliyi İnstitutu “1003-Çağrı Mərkəzi”nə işə qəbul elan edir
Bakı, 13 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu “1003-Çağrı Mərkəzi”nə işə qəbul elan edir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işə qəbul üçün ali təhsilli, Azərbaycan və rus dillərində səlis yazmaq və danışmaq, MC Office proqramlarında sərbəst işləmək, eləcə də dinləmək və tez öyrənmək bacarıqlarına malik olan intizamlı şəxslər müraciət edə bilərlər.
Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Çağrı Mərkəzi” yazaraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
İşə qəbul zamanı ən azı 1 il iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]