QIRĞIZISTAN İLƏ AZƏRBAYCAN ARASINDA RADİOKÖRPÜ TƏŞKİL OLUNMUŞDUR
Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Qırğızıstanın əməkdar həkimi Akif Allahverdiyev, sədrin müavini, Qırğızıstanın əməkdar inşaatçısı Əsəd Həsənov, professor Arif Qəmərli və Kant şəhərindəki 4 nömrəli məktəbin dərs hissə müdiri Esmira Şirinova dinləyicilərin suallarını cavablandırmış, Qırğızıstanda yaşayan tanınmış azərbaycanlılar barədə məlumat vermişlər. Verilişdə 1937-ci ildə bu torpaqlara sürgün olunan soydaşlarımızdan, onların adət-ənənələrindən bəhs olunmuş, həmçinin şıxlinskilər, rəfibəylilər və qəmərlilər nəsilləri ilə əlaqədar məlumat verilmişdir.
Proqramda deyilmişdir ki, Qırğızıstanda 20 mindən artıq azərbaycanlı yaşayır ki, bunların əksəriyyəti repressiya qurbanlarının törəmələridir.