QIRĞIZISTAN-TACİKİSTAN SƏRHƏDİNDƏ ATIŞMA BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri vəbər verir ki, mayın 12-də naməlum silahlı dəstə Tacikistanın Qırğızıstanla həmsərhəd İsfarin rayonunun “Lyakan” sərhəd məntəqəsinə basqın edərək 3 nəfəri qətlə yetirmiş, 1 sərhədçini ağır yaralamışlar. Onlar 19 avtomat, 1 pulemyot və 4 min patron götürərək, bir neçə saatdan sonra Qırğızıstanın Kadamjay rayonunun “Ak-Turak” sərhəd-gömrük məntəqəsinə hücüm etmiş, atışmada iki Qırğızıstan vətəndaşı həlak olmuşdur.
Qırğızıstan Sərhəd Qoşunları mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə əlavə qüvvələr göndərilmiş, silahlı dəstənin dörd üzvü öldürülmüş, bir nəfər yaralanmışdır. Dəstənin qalan üzvləri Kadamjay rayonunun Sarı-Taala ərazisində zərərsizləşdirilmişdir. Qırğızıstanın Tacikistan və Özbəkistanla sərhəd rejimi gücləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]