QIRĞIZISTANDA DAHA BİR DEPUTAT QƏTLƏ YETİRİLMİŞDİR
Qırğızıstan parlamentinin hüquq mühafizə orqanları və müdafiə məsələləri komitəsinin sədri Tınıçbek Akmatbayev və onu müşayiət edən şəxslər hadisənin başvermə səbəbləri ilə yerində tanış olmaq üçün həbsxanaya gəlmiş, əraziyə daxil olarkən hücuma məruz qalmışlar. Atışma zamanı Tınıçbek Akmatbayev həlak olmuş, bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdır.
Alınan məlumata görə dustaqlardan üç nəfəri də atışmada öldürülmüşdür.
T. Akmatbayev son bir neçə ayda öldürülən üçüncü deputatdır. Bu ilin yayında deputat Jırqalbek Surabaldiyev, sentyabrın 21-də isə deputat Bayman Erkinbayev öz evinin yanında qətlə yetirilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]