Qırğızıstanda koronavirusa yoluxan tibb işçilərinin sayı artıb
Bişkek, 12 aprel, AZƏRTAC
Son 24 saat ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 38 nəfər artaraq 377-yə çatıb.
AZƏRTAC Qırğızıstan Respublika Qərargahına istinadla xəbər verir ki, virusa yeni yoluxanların 12-si tibb işçiləridir. Beləliklə tibb personalından virusa yoluxanların sayı 63-ə çatıb.
Bildirilir ki, indiyədək 5 adam dünyasını dəyişib, 44 xəstə sağalaraq evə buraxılıb, ağır vəziyyət olan 11 xəstədən 5-i reanimasiya şöbəsindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]