Qırmızı dənizdə raketlə vurulan Britaniya gəmisində yanğın olub
Bakı, 22 fevral, AZƏRTAC
Yəmən sahillərində hücuma məruz qalan Böyük Britaniya gəmisinin göyərtəsində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) məlumatına görə, gəmiyə iki raket zərbəsi endirilib və nəticədə yanğın başlayıb.
Dəniz təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşan “Ambrey” kompaniyası hücuma məruz qalan yük gəmisinin Böyük Britaniyada qeydiyyatdan keçən şirkətə məxsus olduğunu və Palau bayrağı altında üzdüyünü bildirib. Məlumatda, həmçinin koalisiya qüvvələrinin hadisəyə reaksiya verdiyi vurğulanır.
Qeyd edək ki, Qəzza sektorunda döyüşlər başlayanda Yəməndəki qiyamçı husilər İsrail dövləti ilə əlaqəli olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini elan ediblər. Ötən il noyabrın ortalarından bəri onlar Qırmızı dənizdə və Ədən körfəzində onlarla gəmini atəşə tutublar. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]