Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırxdan çox ölkənin diplomatları Naftalan şəhərinin turizm potensialı ilə tanış olublar

Naftalan, 28 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri fevralın 28-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Naftalan şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Naftalanın turizm potensialı və şəhərdə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzləri - “Qarabağ SPA and Resort”, “Chinar Hotel & SPA Naftalan” və “Qaşaltı” otellərinin fəaliyyəti ilə yaxından tanış olublar.

Əvvəlcə qonaqlara Naftalan şəhərinin turizm potensialı haqqında məlumat verilib.

Bildirilib ki, dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Hələ 1982-ci il fevralın 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında” xüsusi qərar qəbul edib, sonrakı illərdə Naftalanda müalicə olunanların sayı 35 mindən 70 minə yüksəlib.

Sonra “Qarabağ SPA and Resort” otelinə gələn qonaqlara məlumat verilib ki, 13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. SPA terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var.

Daha sonra “Chinar Hotel & SPA Naftalan” istirahət və sağlamlıq mərkəzinə gələn qonaqlara sanatoriya kompleksinin infrastrukturu, təklif etdiyi istirahət və sağlamlıq xidmətləri haqqında məlumat verilib.

Bildirilib ki, “Chinar Hotel & SPA Naftalan” kompleksinin fəaliyyəti son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. 18,8 hektar ərazidə yerləşən 312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılıb, 2010-cu ilin noyabrında sona çatdırılıb.

Qonaqlar kompleksin foyesinin divarlarında çəkilmiş və Naftalan neftinin tarixinə həsr olunmuş kompozisiyalara baxıblar.

Məlumat verilib ki, kompleksdə 200 nəfər işlə təmin edilib. Urologiya, diyetologiya, ginekologiya, kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiya və dermatologiya şöbələrinin olduğu poliklinika İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz olunub. Burada ən müasir tibb avadanlığı olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uroloji, dəri, ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılır.

Qonaqlar SPA terapiya, fizioterapiya və reabilitasiya, fitnes mərkəzləri ilə tanış olublar. Naftalan Terapiya Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, burada 24 vanna otağı var və əsas müalicə vasitəsi Naftalan neftidir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır. Bu baxımdan Naftalan terapiyası tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilib.

Birnəfərlik, ikinəfərlik və ailəvi otaqlardan ibarət yataq korpusunda bütün zəruri şərait yaradılıb. Burada qadın gözəllik mərkəzi, internet klub, hədiyyələr dükanı var, elektrikli arabaların və velosipedlərin kirayəsi xidmətləri təşkil olunub.

Qonaqlar müasir standartlara cavab verən su prosedurları korpusunda türk hamamına, sauna və hovuza baxıblar.

Sonda “Qaşaltı” sanatoriya kompleksi ilə tanışlıq olub.

Bildirilib ki, “Qaşaltı” sanatoriya kompleksi “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində inşa olunub. 200 işçinin çalışdığı beşmərtəbəli sanatoriyada poliklinika şöbəsi, su prosedurları və yataq korpusları fəaliyyət göstərir. Su prosedurları korpusunda üzgüçülük hovuzu, yod-brom vannası, sualtı idman hərəkətləri üçün hovuz, sauna, türk və fin hamamları var. Kompleksdə istiliklə müalicə kabineti də fəaliyyət göstərir. Fizioterapevtik bölmədə ən mütərəqqi müalicə üsulları tətbiq olunur. Sanatoriyanın 92 otaqlı yataq korpusunun 83-ü standart, 9-u lüks palatalardır.

Fitnes və gimnastika zallarında hərəkət-dayaq sistemlərində olan problemlərin aradan qaldırılması üçün müasir avadanlıq, o cümlədən ölkəmizdə ilk dəfə tibbi trenajorlar quraşdırılıb.

Qonaqlar sanatoriyada fəaliyyət göstərən Naftalan vannası otaqlarına da baxıblar.

Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Naftalan şəhərinə səfəri başa çatıb.

Respublikamızda qeyri-neft sektorunun əsas sahələrindən olan turizmin, xüsusən də müalicə turizminin inkişafı istiqamətində son illərdə böyük nailiyyətlər əldə edən və ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın bu sahədəki inkişafı xarici qonaqlarda xoş təəssürat yaradıb.

Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə müşayiət edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub

Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü