Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qitələri birləşdirən layihə: BTQ-nin açılışından bir il ötür

Bakı, 30 oktyabr, Laçın Sultanova, AZƏRTAC

Qitələri birləşdirən layihə adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından bir il ötür.

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan bu regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır, onu mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi ölkəmizin prioritet məsələlərindən biridir. Burada yüksək dərəcədə inkişaf etmiş nəqliyyat infrastrukturu yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti artırılır. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Abşeron Logistika Mərkəzinin tikintisi kimi layihələr artıq reallaşdırılıb, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir, bu dəhlizlər müxtəlif qitələrdə yerləşən bir sıra iri ölkələri birləşdirir.

İnfrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ona görə ki, nəqliyyat logistika sistemlərinin inkişafı sayəsində daşımaların həcmini qat-qat artırmaq olar. Bu isə ölkəyə xarici valyuta axınına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin beynəlxalq aləmdə prestijinin yüksəldilməsinə kömək edəcək.

Bakı-Tbilisi-Qars qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrini cəlb edir.

Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı dəmir yolu

Tarixi hadisənin baş verdiyi gündən - bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı mərasimindən bir il keçir. Bu nəqliyyat qovşağının açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, habelə Tacikistan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. 

Bakı-Tbilisi-Qars dəmir yolu bütün region üçün strateji əhəmiyyət kəsb edir. Bu yeni dəmir yol xətti Avropanın və Asiyanın dəmir yol şəbəkələrinin ən qısa yolla birləşdirilməsini təmin edir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında ən qısa yoldur. O, yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər - Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: dünyanın 60-dan çox ölkəsini əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yük daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün imkan yaradır.

Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirmiş Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimindəki çıxışında deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək”.

Daşımaların coğrafiyası genişlənir

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından keçən bir il ərzində bu dəmir yolu ilə 3 minədək vaqon və konteyner daşınıb. BTQ ilə ilk konteyner qatarı Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mərsin şəhərinə taxıl yüklənmiş 32 vaqon daşıyıb. Sonra Mərsindən Azərbaycana içərisində 650 ton yük olan 32 konteyner göndərilib. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər həftə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında 3 reys yerinə yetirilir. Əsasən inşaat materialları, elektrik avadanlığı, yuyucu vasitələr, taxıl, jmıx və digər məhsullar daşınır. BTQ ilə Rusiyadan Türkiyəyə taxıl daşınır. Bu günlərdə SOCAR və “ADY Konteyner” Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkmənistanın Marı zavodundan Türkiyəyə karbamid göndərilməsini təmin ediblər. 

Bakı-Tbilisi-Qars dəmir yolu şaxələndirilmiş tranzit-logistika qovşağı kimi daha cəlbedici olur. Bu logistika qovşağı, eyni zamanda, Çinin, Mərkəzi Asiya ölkələrinin və Əfqanıstanın Avropaya, habelə Türkiyənin Qara dəniz limanları vasitəsilə Yaxın Şərqə və Şimali Afrika ölkələrinə çıxışını asanlaşdırır, bu isə Azərbaycan ərazisindən keçən bu nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artıracaq.

BTQ daha bir transkontinental nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA) çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən Lapis-Lazuli Route nəqliyyat-tranzit dəhlizinin yaradılması ilə bağlı saziş imzalanıb. Bu dəhliz Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcək, daha sonra Xəzər vasitəsilə Bakı və Tbilisidən keçməklə Türkiyəyə, oradan isə Avropaya uzadılacaq. Lapis-Lazuli Route layihəsinin reallaşdırılması ilə bağlı məsələlər bu gün Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərdə müzakirə olunur.

Multimodal daşımalar

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını və onların Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə Avropa istiqamətində və ya gəmilərlə Şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir. Limana yaxın ərazidə azad iqtisadi zona yaradılır. Bu, limanın mühüm nəqliyyat qovşağı kimi tranzit və daşımalar üçün daha geniş imkanlarını təmin edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən liman ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Ərazisi 117 hektar olan limanda yanalma körpüsü var. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona, o cümlədən 100 min konteynerə bərabərdir. Konteyner meydançasında eyni vaxtda 1040 konteynerin yerləşdirilməsi və 64 soyuducu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb. 

2018-ci ilin yanvar-sentyabr aylarında Bakı Limanında ümumi yükaşırmanın həcmi 2 803,8 min ton olub. Ümumi yükaşırmanın 86,0 faizi (2397,5 min ton) tranzit yükaşırmanın payına düşüb. Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 16 940 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb. Bu da müvafiq dövr ilə müqayisədə 54.4 faiz artım deməkdir ( 2017-ci ildə 10 970 TEU).

Bakı Limanı vasitəsilə həyata keçirilən multimodal daşımalar sayəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirib. Dəniz donanmasının yeniləşdirilməsi üzrə müntəzəm iş aparılır. Xəzər regionunda multimodal daşımalarının daha geniş tətbiqi, bütövlükdə dəniz daşımalarının asanlaşdırılması və bu işlərin həcminin artırılması üçün yeni tankerlər və bərələr alınır.

Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri

Bu gün Xəzər dənizindən və daha sonra Qafqazdan keçməklə Mərkəzi Asiyadan yükdaşıma marşrutları xüsusi aktuallığa malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalara maraq göstərən ölkələrin sayı get-gedə artmaqdadır. Bir çox ölkə, xüsusilə Şərq ölkələri “Bir kəmər- Bir yol” layihəsi çərçivəsində transavrasiya nəqliyyat dəhlizindən istifadə edilməsinə maraq göstərir. 

Özbəkistanın infrastrukturunun təkmilləşdirilməsi və 2018-2022-ci illərdə yükdaşımalarının xarici ticarət marşrutlarının şaxələndirilməsinə dair kompleks proqramda Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulma nəzərdə tutulur. Bu ölkə Nəvai-Türkmənbaşı- Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin istifadə edilməsində maraqlıdır. Həmin dəhliz Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan dəmir yollarının Türkiyənin nəqliyyat şəbəkəsi ilə birləşdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Mərsin limanı vasitəsilə Özbəkistanın Aralıq dənizinə çıxmasını təmin edəcək.

“Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan transxəzər beynəlxalq nəqliyyat marşrutu inkişaf etdirildikcə, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə daşınan yüklərin həcmi bir neçə dəfə artacaq.

Sərnişin daşımaları

2019-cu ilin üçüncü rübündə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Sərnişin daşımalarının həyata keçirilməsi üçün “Stadler: şirkətinə dörd kateqoriyalı 30 yataq vaqonu sifariş edib: “Standart”, “Komfort”, “Biznes” və “Restoran”. Bu vaqonların 2019-cu ilin birinci rübündə Azərbaycana gətiriləcəyi gözlənilir. İlk partiyada 10 ədəd vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.

Sərnişin daşımaları regionda turizm inkişafına şərait yaradacaq. Bu dəmir yolu vasitəsilə bir günə Qarsa, iki sutka yarıma İstanbula getmək mümkün olacaq. Bu, regionda turizmin inkişafına güclü təsir göstərəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini əyani şəkildə sübut edir.

Gözlənildiyinə görə birinci mərhələdə sərnişindaşımaların həcmi ildə 1 milyon nəfər, yükdaşımaların həcmi isə ildə 5 milyon ton olacaq. İkinci mərhələdə müvafiq göstəricilər artaraq ildə 2 milyon sərnişin və 17 milyon ton yük təşkil edəcək.

Abşeron Logistika Mərkəzi

Bu ilin avqust ayında açılmış Abşeron Logistika Mərkəzi ölkəmizin nəqliyyat-logistika potensialının inkişafının daha bir elementidir. Bu mühüm infrastruktur obyekti Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yol marşrutları ilə bağlıdır. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başlayanda bu mərkəz vasitəsilə qonşu ölkələrə idxal-ixrac əməliyyatlarını, həmçinin Azərbaycan ərazisindən multimodal yükdaşımaları daha operativ şəkildə həyata keçirməyə imkan yaranacaq. 

Yeni İpək Yolu Mərkəzi dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər - bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına töhfə verir, nəqliyyat proqramlarının həyata keçirilməsinə şərait yaradır. Yükdaşımaların həcmi artdıqca bu marşrutun səmərəsi də artacaq. Regionda sabitliyə, sülhə və iqtisadi səmərəyə şərait yaradan hər hansı layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı həm ölkəmizin özünün, həm də bütün regionun iqtisadiyyatının inkişafı üçün çox vacib məsələdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub