Qızıl test qidada salmonellanı bir neçə dəqiqəyə müəyyən etməyə imkan verir
Bakı, 30 mart (AZƏRTAC). Ərzaq məhsulunda salmonellanın olmasını müəyyən etmək üçün adətən 17 və ya 72 saat vaxt tələb olunurdu. Alimlər pasiyentləri və həkimləri uzun-uzadı gözləməkdən azad etmişlər.
Yeni testi hazırlayan qrupun rəhbəri, Cekson Universitetinin alimi Rey Pareş demişdir ki, test hətta dərmanlara davamlı ştammları da üzə çıxarır. Test üçün məhsuldan kiçik nümunə kifayətdir. Hər şey çox sadədir: əgər məhsulun rəngi çəhrayıdan maviyə çevrilərsə, onda məhsulda salmonella vardır.
Ekspertlər bu nəticəyə qızıl nanohissəciklərdən istifadə etməklə nail olmuşlar. Alimlər insan orqanizmində salmonella ilə mübarizə aparan anticismləri bu hissəciklərə birləşdirmişlər. Nəticədə popkornu xatırladan konstruksiya əmələ gəlmişdir. Bu strukturlar patogenlə əlaqəyə girdikdə bakteriyanın örtüyünə birləşirlər. Qızıl hissəciklər bakteriyanı asanlıqla tapmağa imkan verir.
Texnologiya bahalı deyildir. Nümunəni testdən keçirmək üçün tərkibində nanohissəciklər olan bir neçə damcı məhlul kifayətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]