İDMAN
“Qlazqo Reyncers” klubu Pedru Kayşinya ilə yollarını ayırıb
Bakı, 27 oktyabr, AZƏRTAC
“Qlazqo Reyncers” futbol klubu baş məşqçi Pedru Kayşinya ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, portuqaliyalı mütəxəssisin vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər xeyli müddət idi səngimək bilmirdi. Onun işinə son veriləcəyi barədə xəbərlər “Qlazqo Reyncers”in Liqa Kubokunda mübarizəni dayandırmasından sonra yayılmışdı.
Premyer Liqanın son turunda “Kilmarnok” klubuna məğlubiyyət Kayşinyanın qovulması ilə nəticələnib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssisin rəhbərliyi altında 26 oyuna çıxan Şotlandiya təmsilçisi 14 matçda qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]
Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb
- 02.07.2024 [12:29]