Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal böhran fonunda Azərbaycanda xəyanətkar müxalifətin iç üzü

Qlobal böhran fonunda Azərbaycanda xəyanətkar müxalifətin iç üzü

Bakı, 15 aprel, AZƏRTAC

İstənilən siyasi hərəkat, ideoloji bir cərəyan nəticə etibarilə millətin və dövlətin rifahını, gələcəyini modelləşdirilərək cəmiyyətə ən optimal formada təqdim olunmasını hədəflədiyi zaman geniş ictimai rəğbəti qazanır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hakimiyyətinin cəmiyyətin bütün inkişaf istiqamətləri üzrə düşünülmüş strateji proqrama malik olması ölkəmizi istənilən qlobal böhran qarşısında daha dayanıqlı edir. Çünki bu idarəçilik fəlsəfəsi xalqın geniş təbəqələrinin möhkəm inamına və hərtərəfli dəstəyinə arxalanır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov qeyd edib ki, bu günlərin reallığı prizmasından yanaşanda planetimizin sosial-iqtisadi mənzərəsi qətiyyən ürəkaçan deyil. Belə ki, OPEC ölkələrinin üzv olmayan dövlətlərlə danışıqlarında yaranan problemlər dünya neft bazarında qlobal böhran doğurub, bu strateji yanacağın qiyməti beynəlxalq birjalarda ən az iki dəfə dəyər itirib. Belə vəziyyət isə neft ixrac edən ölkələrin tədiyə balansında ciddi kəsrlər yaradıb, irihəcmli investisiyalar təxirə salınıb, bu isə öz növbəsində makroiqtisadi tələbə mənfi təsir göstərərək ciddi işsizlik təhlükəsi meydana çıxıb. Bu, azmış kimi, ötən ilin sonlarında Çində başlayan koronavirus, başqa adı ilə COVID-19 virusu sürətlə pandemiya şəklin alaraq geniş coğrafiyada yayılıb və bəşəriyyəti humanitar fəlakət qarşısında qoyub. 2 milyona yaxın insanın yoluxduğu və on minlərlə insanın vəfat etdiyi pandemiya nəticəsində bütün ölkələrdə karantin rejimi tətbiq olunub, milyonlarla iş yeri bağlanıb, qlobal iqtisadiyyat xaos şəraitində çox ciddi zərbə alıb.

“Lakin yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bu qlobal kataklizmlərdən mümkün qədər az zərərlə çıxmağa çalışır və buna uğurla nail olur. Belə ki, bütün digər neft ixrac edən ölkələrin milli valyutaları dəyər itirsə də, Azərbaycanda həyata keçirilən uğurlu maliyyə - pul siyasəti manatın dəyərini sabit saxlamağa imkan verdi və bu əhalinin rifah halında neqativ halların qarşısını aldı. Habelə karantin şəraitində məcburi olaraq biznes fəaliyyətinə fasilə verən xidmət sektorunun, kiçik, orta və iri sahibkarların itirdiyi mənfəəti kompensasiya etmək üçün dövlət 2,5 milyard manat vəsait ayırdı. O cümlədən rəsmi işsiz vətəndaşlar üçün karantin davam etdiyi müddətdə xüsusi müavinətlər ayrıldı ki, son üç gündə artıq 75 mindən artıq şəxs bundan faydalandı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün bu yardımlar neftin ucuzlaşması nəticəsində ölkəmizin 1 milyard dollara yaxın bir itkiyə məruz qalacağı proqnozlaşdırılaraq həyata keçirilib.

Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan bu gün COVID-19 ilə mübarizədə ən qabaqcıl ölkələr sırasındadır. Bir neçə əsas beynəlxalq göstərici ilə bu reallığı arqumentləşdirə bilərik. İlk növbədə, virusun müəyyənləşdirilməsi üçün fərdi testlərin aparılmasında Azərbaycan 70 mindən artıq testlə dünyada ən inkişaf etmiş 30 ölkə arasında yer almaqdadır. Digər göstəriciyə görə də, yəni ümumi xəstə sayının vəfat edənlərə nisbəti statistikasında da ölkəmiz 1,2-lik bir əmsalla dünyanın ən güclü səhiyyə sisteminə malik dövlətləri ilə eyni sırada dayanır. Habelə Qərbin inkişaf etmiş ölkələrində xəstəxana yataqları, reanimasiya kabinetləri və kislorod maskaları ilə bağlı çatışmazlıqlara Azərbaycanda ümumiyyətlə rast gəlinmədi. O cümlədən Azərbaycanda tikilən 550 çarpayılıq xəstəxana açılan gündən koronavirus xəstələrinin istifadəsinə verildi (ABŞ-da çadırlardan və gəmilərdən xəstəxana kimi istifadə edirlər). Bundan başqa dövlətimizin başçısının Sərəncamı ilə hər biri 200 yerlik, 6 dövlət, 4 özəl modul tipli yeni xəstəxananın inşasına başlanıldı. Həmçinin virusun yayıldığı ilkin mərhələdə xaricdən xüsusi reyslərlə ölkəmizə gətirilən 15 minə yaxın vətəndaşımız üçün ölkəmizin inkişaf etmiş otel, istirahət mərkəzləri və Olimpiya şəhərciyi təqdim olundu və yerləşdirildi”, - deyə komitə sədri vurğulayıb.

S.Novruzov təəssüflə qeyd edib ki, görülmüş bu qədər işlərin fonunda cəmiyyətdə məqsədsiz-məramsız həyat sürən tüfeyli və radikal müxalifət dairələri öz amplualarına sadiq qalaraq şər-böhtan kampaniyalarından geri qalmadılar. Onlar “ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar” kimi üzdəniraq siyasət fəlsəfələrinə uyğun olaraq, Azərbaycan hakimiyyətinin əhalimizi qorumaq üçün aldığı karantin tədbirlərini tənqid etməyə, bu addımlara ehtiyac olmadığına inandırmağa çalışdılar. Lakin bütün dünyada alınan karantin tədbirlərinin, hətta fövqəladə vəziyyət və komendant saatına qədər ciddiləşdiyini görəndən sonra bu dəfə də hakimiyyəti yetərli tədbirlər almamaqda günahlandırdılar. Həqiqətən də tragikomik mənzərədir. Cəmiyyət həyatına aid heç bir sahədə ciddi bir proqrama, alternativ planlaşdırmalara malik olmayan radikal müxalifət bu dəfə də fövqəladə vəziyyətin yaratdığı imtahandan keçə bilmədi, hər zaman olduğu kimi sinifdə qaldı. “Narıncı inqilabların” bir sıra Şərqi Avropa və postsovet ölkələrində yaratdığı böhrana və onların məruz qaldığı ərazi itkilərinə məhəl qoymayaraq “narıncı” geyinib küçələrə çıxan, Yaxın Şərqin sabit ölkələrini vətəndaş müharibəsi və xaosa sürükləyərək viran qoyan “ərəb baharından” təsirlənib öz ölkəsini də belə vəziyyətə salmağa çalışan bir müxalifətə milli demək olarmı? Xalqımız onların adını çoxdan verib - xəyanətkar. Bəs öz ölkəsinə qarşı bu qədər kin-küdurətin səbəbi nədir? Öz ölkəsi haqqında xaricə donos yazan Əli Kərimlilərin, Avropaya və ABŞ-a qaçan Cəmil Həsənlilərin, Qənimət Zahidin, erməni mənşəli Arif Məmmədovun, İsa Sadıqov kimi dostlarının oradan hədyan yağdıran çirkin fikirlərinə diqqət yetirsək cavab aydın olacaq. Necə deyərlər, dostunu göstər, kim olduğunu söyləyim. Erməni olduğu üçün Azərbaycandan qaçmağa məcbur olduğunu deyib, buna uyğun sənədlər düzəldib ölkədən qaçan Ramiz Yunus bunlardan biridir. Özünü vətənpərvər hesab edən müxalifətçiləri görəsən bu anadangəlmə reneqat Yunuslarla nə birləşdirir? Ermənidən mədət uman bir müxalifət Azərbaycana lazımdırmı? Fikrimcə onlar əvvəlcə bu sualların cavabını axtarsalar daha yaxşı olardı. Bəlkə o zaman Azərbaycan xalqının nəzərində niyə heç bir nüfuza sahib olmadıqlarını dərk etdilər.

Osmanqızının isə başqa bir faciəvi fiqur olduğunu söyləyən komitə sədri deyib: “Mərhum atası ermənilər tərəfindən qətlə yetirilən (Ramiz Yunusun dayıları tərəfindən) bu xanım “5-ci kolonun” ruporuna çevrilərək erməni dəyirmanına su tökür. Hətta bir çox məsələlərdə Ermənistanı Azərbaycanla müqayisə edərək düşmən ölkəni üstün tutur. COVID-19-a qarşı alınan tədbirlərdə Ermənistanı Azərbaycandan öndə olduğunu bildirən osmanqızılar, yunuslar adi statistikanı da unudurlar. Belə ki, Azərbaycan əhalisi Ermənistandan 3,5 dəfə artıq olsa da, viruslu xəstə sayı demək olar ki, bərabərdir. Test keçirilən vətəndaş sayı isə bizdə onlardan 10 dəfə artıqdır. Düşmən ölkənin bir sıra ekspertləri həyəcan təbili çalaraq, karantinə görə izolyasiya şəraitinə məhkum olan Ermənistanın fəlakət qarşısında olduğunu bəyan edirlər. Hətta onların baş naziri də bunu etiraf etməyə məcbur olur. Görünür bizim radikallar Ermənistanı ermənilərdən çox sevirlər. Nə demək olar? Fikrimcə sual ritorikdir.

Yekunda vurğulamaq istərdim ki, qlobal və ya regional səviyyədə baş verən fors-major hallara baxmayaraq, Azərbaycan dövləti gələcəyə əmin addımlarla gedir. Bütün irimiqyaslı layihələr uğurla həyata keçirilir, sosial-iqtisadi rifah ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin 2020-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi: “Bizim siyasətimizdə Azərbaycan xalqının rifahından və sağlamlığından dəyərli heç nə yoxdur!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır