Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoçaq Əsgərov: Azərbaycan muğamının gücü onun dinamikliyində və fəlsəfi dərinliyindədir

Qoçaq Əsgərov: Azərbaycan muğamının gücü onun dinamikliyində və fəlsəfi dərinliyindədir

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan muğamı və özbək Şaşməqamı Şərqin vahid mədəni məkanında formalaşmış və bir sıra oxşar cəhətlərə malik olsa da, hər birinin özünəməxsus musiqi məntiqi var. Hər iki sənət nümunəsində musiqi əsəri müxtəlif bölmələrdən keçərək tədricən kulminasiya nöqtəsinə yaxınlaşır. Bununla yanaşı, ritm, quruluş və ifa xüsusiyyətləri hər bir ənənəyə özünəməxsus səslənmə verir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Əməkdar artist, xanəndə Qoçaq Əsgərov danışıb.

İfaçının sözlərinə görə, altı məqamdan ibarət özbək klassik musiqi ənənəsi olan Şaşməqam ilk baxışdan göründüyü qədər Azərbaycan muğamına yaxın deyil. Bununla belə, hər iki sənəti Şərq musiqi mədəniyyətinə aid olması və musiqinin inkişafında müəyyən ümumi prinsiplərin mövcudluğu birləşdirir.

“Şaşməqam Şərq musiqisidir, orada Şərq ladları var. Mən düşünmürəm ki, bizim musiqiyə o qədər də yaxındır. Amma müəyyən oxşarlıq, əlbəttə var”, - deyə Q.Əsgərov bildirib.

Fərqlərdən danışan xanəndə əsərin quruluşuna və kulminasiyaya doğru xüsusiyyətlərinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan muğamında ifaçı əsərin müxtəlif bölmələrini ardıcıl şəkildə keçərək tədricən daha zil səslərə doğru irəliləyir. Məhz bu ardıcıl inkişaf musiqi kompozisiyasının daxili hərəkətini yaradır.

“Əgər biz “Rast” muğamını oxuyuruqsa, müəyyən şöbələrdən keçərək tədricən zil səslərə gəlib çatırıq. Özbək musiqisində də belə xüsusiyyətlər var”, - deyə Əməkdar artist söyləyib.

Onun sözlərinə görə, Şaşməqamda ritmik başlanğıc daha qabarıq şəkildə özünü göstərir. Burada qəzəllərin ifası da mühüm yer tutur. Qəzəllər müəyyən ölçüyə uyğunlaşdırılaraq ritmin üzərində səsləndirilir: “Onlarda bir nüans var - orada ritmiklik daha çoxdur. Qəzəlləri müəyyən ölçüyə salıb həmin ritmin üzərində səsləndirirlər. Ritm davam etdikcə müəyyən şöbələri ifa edərək kulminasiyaya doğru gedirlər”.

Xanəndə hesab edir ki, məhz kulminasiyaya doğru hərəkətin xüsusiyyətləri iki musiqi ənənəsi arasındakı mühüm fərqlərdən birini göstərir.

Özbək musiqisi ilə tanışlıq isə sənətkar üçün yalnız Şərqin yaxın musiqi ənənəsini daha yaxından tanımaq imkanı olmayıb, həm də yaradıcılıq baxımından zəngin mənbəyə çevrilib. Q.Əsgərov uzun müddət özbək musiqisini dinlədiyini və orada müəyyən ifa çalarları kəşf etdiyini bildirib. Həmin çalarları sonradan öz ifasında da istifadə edir.

“Mən özbək musiqisindən çox qidalanmışam, onu dinləmişəm. Müəyyən çalarlar var ki, həmişə çalışıram onları öz muğamımızın müəyyən yerlərində istifadə edim. Amma təbii ki, biz onu azərbaycanlaşdırıb özümüzə məxsus şəkildə ifa edirik”, - deyə o bildirib.

İki musiqi ənənəsinin xüsusiyyətlərindən danışarkən söhbət Azərbaycan muğamının xaricdə necə qarşılanmasına da gəlib çatır. Q.Əsgərov peşəkar fəaliyyəti ərzində Avropa, Asiya, Amerika ölkələrində, həmçinin Avstraliya və Yeni Zelandiyada Azərbaycan musiqisini təqdim edib. Onun sözlərinə görə, hər belə görüş ifaçıdan xüsusi yanaşma tələb edir. Eyni proqramı müxtəlif auditoriyalara eyni şəkildə təqdim etmək mümkün deyil. Çünki hər ölkənin dinləyicisinin öz mədəni xüsusiyyətləri və musiqi zövqü var.

“Fransada oxuduğum konsert proqramını heç vaxt İspaniyada oxumuram. İngiltərədə oxuduğum proqramı Fransada təqdim etmirəm”, - deyə Əməkdar artist bildirib.

Bəzən isə qərar birbaşa səhnədə qəbul edilməli olur. Xanəndə Rusiyada keçirdiyi konsertlərdən birini xatırlayaraq bildirib ki, çıxış zamanı əvvəlcədən hazırladığı proqramın auditoriyanın ovqatına uyğun olmadığını hiss edib: “Gördüm ki, burada bu proqram artıq işləməyəcək. Konsert gedə-gedə proqramı dəyişdim. Düşünürəm ki, doğru seçim etdim”.

WOMEX və WOMAD kimi beynəlxalq festivallar isə onun yaradıcılığında xüsusi yer tutur. Dinləyicilərin reaksiyasını müşahidə edən ifaçı dəfələrlə əmin olub ki, muğam mədəni fərqlərdən asılı olmayaraq insanlarda emosional duyğu yarada bilir.

“Dinləyicilərin Azərbaycan musiqisinə, Azərbaycan muğamına göstərdiyi münasibət məni həqiqətən heyran edib. Onların bu musiqinin ritminə və ahənginə necə köklənməsi, özlərini ona necə vermələri… Bu, həqiqətən də təsirli idi”, - deyə xanəndə bildirib.

Onun üçün ən yaddaqalan hadisələrdən biri İsveçrədə keçirilən konsert olub. Çıxış gecə ilə gündüzün qovuşduğu, sübh çağına təsadüf edən qeyri-adi vaxtda baş tutub. Q.Əsgərov belə bir vaxtda konsertə çoxlu tamaşaçı gələcəyini düşünməyib: “Düşünmürdüm ki, bu konsertə tamaşaçı gələcək. Amma 300-500 nəfərə yaxın insan gəlmişdi. Mən özüm də təəccübləndim. Konsert həqiqətən çox uğurlu keçdi”.

Q.Əsgərovun fikrincə, muğamın gücü yalnız onun melodik gözəlliyi ilə məhdudlaşmır. Musiqinin daxili inkişafı dinləyicini tədricən özünə cəlb edir, ona emosional və psixoloji təsir göstərir.

“Azərbaycan muğamının fərqli üslubu ondan ibarətdir ki, tamaşaçıya psixoloji təsir edir və onu bir saat, bir saat 15 dəqiqə muğama qulaq asmağa vadar edir. Bunun səbəbi, əlbəttə, orada böyük bir fəlsəfənin olmasıdır. Bu, fəlsəfi musiqidir”, - deyə Əməkdar artist vurğulayıb.

Bu təsirin gücünü Q.Əsgərov Fransadakı konsertlərindən birindən sonra daha aydın hiss edib. Çıxışdan sonra bir qadın göz yaşları içində onun yanına gələrək dinlədiyi musiqinin onda yaratdığı hissləri bölüşüb: “Yanıma ağlayaraq gəldi və dedi, “Sizin bu musiqiniz mənə bütün keçmişimi xatırlatdı. Elə bir kosmik aləmə düşmüşdüm”, - deyə xanəndə həmin hadisəni xatırlayıb.

Azərbaycan muğamının digər mühüm xüsusiyyətlərindən danışan sənətkar aşıq sənəti ilə əlaqəni də xüsusi vurğulayıb. Onun sözlərinə görə, aşıq ladları və musiqi çalarları muğamı zənginləşdirərək ona xüsusi ifadəlilik verir.

“Azərbaycan muğamının gücü onun dinamikliyində və aşıq musiqisinin onun içinə hopmasındadır. Muğamlarımızın daxilində aşıq musiqisi, aşıq ladları çox zəngindir və ona görə də bu musiqi həqiqətən heyrətamiz səslənir”, - deyə o qeyd edib.

Q.Əsgərov vurğulayıb ki, milli musiqinin xaricdə təqdim olunması yalnız yaradıcılıq məsələsi deyil, həm də sənətkarın təmsil etdiyi mədəniyyət qarşısında məsuliyyətidir. Onun fikrincə, hər bir auditoriya ilə düzgün ünsiyyət qurmaq və musiqi vasitəsilə Azərbaycan sənətinin zənginliyini göstərmək vacibdir.

“Hər ölkəyə gedəndə proqramı düzgün qurmaq, Azərbaycan musiqisini və Azərbaycan mədəniyyətini tamaşaçıya zövqlə təqdim etmək lazımdır. Düşünürəm ki, bunu edə bilmişəm”, - deyə Əməkdar artist bildirib.

Müəllif- Lalə Minasazova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO