Qoşulmama Hərəkatının növbəti toplantısı Tehranda keçiriləcək
Tehran, 14 fevral, AZƏRTAC
Fevralın 22-dən 24-dək Tehranda Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti toplantısı keçiriləcək.
Tədbirdə regional və qlobal təhlükəsizlik məsələləri, dünyada cərəyan edən siyasi proseslər, dini və irqi ayrı-seçkiliyin qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin aparılması kimi məsələlər müzakirə olunacaq.
Azərbaycanı bu toplantıda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]