Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb VİDEO
Qusar, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 24-də Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, Xızı rayonunun Altıağac qəsəbəsinə 2 santimetr qar yağıb. Quba və Qusarın rayon mərkəzlərinə isə 1 santimetr qar düşüb.