QUBA-XAÇMAZ BÖLGƏSİ ÇAYLARINDA ƏN YÜKSƏK SULULUQ MÜŞAHİDƏ OLUNUR
Bakı, 22 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyun ayının 20-dən 21-nə keçən gecə və səhər yağan leysan yağışları nəticəsində Balakən-Şəki, bölgəsinin Şinçay, Kişçay, Ağçay, Hamamçay, Kürmükçay, Əyriçay, Daşağılçay çaylarından qısamüddətli daşqın keçmişdir.
Gürcüstan ərazisində Qanıx çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, eyni zamanda, Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, son 6 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 21 santimetr artmışdır. Həmçinin, Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, son 6 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 52 santimetr artmışdır.
Hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında və Balakən-Şəki bölgəsinin Kişçay çayında müşahidə olunur və ongünlük normanın 116-261 faizini təşkil edir. Digər çaylarda isə normaya yaxın və normadan aşağı sululuq müşahidə edilir.
İyunun 6-9-dan başlayaraq iyunun 22-dək Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsi 184, Zərdabda 132, Surrada 83, Şirvanda 77, Salyanda 80, Bankədə 38, Araz çayının Novruzlu məntəqəsində isə 117 santimetr azalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]