REGİONLAR
Quba-Xınalıq yolunda sel sularının uçurduğu körpünün yerində yenisi tikilir VİDEO
Quba, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba-Xınalıq yolunda sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisi inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 42-ci kilometrliyində yerləşən körpü cari ilin iyul ayında sıradan çıxıb. Körpünün uçması nəticəsində altı kəndin rayon mərkəzinə gediş-gəlişində çətinlik yaranıb. Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız kəndlərinin sakinləri hazırda alternativ olaraq Quba-Susay-Xınalıq yolundan istifadə edirlər.
Yeni körpünün uzunluğu 12, eni isə 6 metr olacaq. İlkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır. İnşaat işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.