Qubada gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib VİDEO
Quba, 2 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.