Qubadlı rayonunun Həmzəli kəndi
Bakı, 19 oktyabr, AZƏRTAC
Qubadlı rayonunun Həmzəli kəndi Həkəri çayının sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmzəli kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Həmzəli kəndinin görüntülərini təqdim edir.