Qubanın Adur kəndində yeni körpü istifadəyə verilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Quba rayonunun Adur kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş yeni körpü istifadəyə verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, rayon mərkəzindən 50 kilometr aralıda yerləşən Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.
Körpünün istifadəyə verilməsi tədbirində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak ediblər.