Qubanın Xınalıq və Qırız kəndlərinə qar yağır
Quba, 12 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 12-si gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü 2 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 2-4 dərəcəyədək aşağı düşüb.
Xınalıq sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.