QURBAN BAYRAMI ŞƏRƏFİNƏ
Mingəçevir Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ümummilli liderimizin xatirəsinə ucaldılmış Heydər məscidində müqəddəs Qurban bayramı münasibətilə dini mərasim keçirilmiş, şəhərdə yaşayan imkansız ailələrə bayram payı verilmişdir.
Bu əziz bayram şəhərin bütün idarə və müəssisələrində qeyd olunmuşdur.