Qusarda ilk qar - Zindanmuruq kəndindən fotoreportaj VİDEO
Qusar, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 26-sı Qusarın dağ kəndlərinin sakinləri üçün ilk qarın yağması ilə əlamətdar olub.
Dağlıq kəndlərdə qarın hündürlüyü 3-4 santimetrə çatır. Təbiətin ağ örpəyə bürünməsi ətrafa əlavə gözəllik bəxş edib.
AZƏRTAC-ın bölgə müxbiri Qusarın rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən Zindanmuruq kəndində çəkilən fotoreportajı təqdim edir.