QUŞÇULUQ MÜƏSSİSƏSİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkir rayonunda yaradılan yeni istehsal sahələrindən biri – Atasənaye şirkətinə məxsus və regionda oxşarı olmayan, ildə 300 min baş yumurtalıq quş saxlamağa imkan verən aqroistehsalsənaye müəssisəsi fəaliyyətə başlamışdır. Hollandiya texnologiyası əsasında qurulan müəssisədə 50 min baş quş saxlamaq üçün yumurtar toyuq sexi, saatda 10 ton yem istehsal edən mini zavod və hər birinin min ton tutumu olan 3 yem anbarı tikilmiş, ən yeni avadanlıqla təchiz edilmiş laboratoriya istifadəyə verilmişdir. Bu günlərdə müəssisəyə 50 min baş Hollandiya cinsli toyuq gətirilmişdir. Hələlik burada 100 nəfər işçi çalışır, lakin gələcəkdə onların sayı 300 nəfərədək artacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]