Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Ağayev: Bu gün Azərbaycan səyahətçilər üçün əsl qastronomik cənnətdir

Rafael Ağayev: Bu gün Azərbaycan səyahətçilər üçün əsl qastronomik cənnətdir

Bakı, 20 iyun, AZƏRTAC

Pivə istehsalı sahəsində beynəlxalq ekspert-dequstator, dünyanın müxtəlif ölkələrində keçirilən pivə müsabiqələrinin hakimi Rafael Ağayev AZƏRTAC-a müsahibəsində seçdiyi peşə, Azərbaycanda pivə mədəniyyətinin inkişaf perspektivləri, Bakı ilə bağlı xatirələri və üzərində çalışdığı kitab haqqında danışıb.

– Siz beynəlxalq ekspert-dequstator və bir çox peşəkar müsabiqələrdə hakimsiniz. Sizcə, pivə sahəsində əsl eksperti adi istehlakçıdan fərqləndirən nədir?

– İlk növbədə sağlamlığınız yaxşı olmalıdır, çünki müsabiqələr bəzən gecə saatlarınadək davam edir və daim formada qalmaq lazımdır. Əlbəttə, bu, zarafatdır. Amma ciddi desəm, ən vacib məqam şəxsi üstünlükləri kənara qoymağı bacarmaqdır. Ekspert məhsulu obyektiv qiymətləndirməlidir.

Necə ki, həkim xəstənin görünüşünə deyil, sağlamlıq vəziyyətinə diqqət yetirir, burada da vəziyyət eynidir. Müsabiqələrdə çoxlu pivə kateqoriyaları olur və onların hər biri rəng, sıxlıq, acılıq səviyyəsi, ətir və digər xüsusiyyətlər baxımından ətraflı təsvir edilir. Bəzən pivə çox dadlı olur, lakin təqdim olunduğu kateqoriyanın tələblərinə uyğun gəlmir. Belə hallarda ona yüksək qiymət vermək mümkün olmur.

Çexiyada keçirilən yarışlardan birində maraqlı hadisə baş vermişdi. Hakimlərdən biri dedi: “Nə qədər ləzzətli pivədir, mən ona maksimal qiymət verirəm”. Mən isə aşağı qiymət verdim. O təəccüblənib səbəbini soruşdu. Cavab verdim ki, pivə həqiqətən dadlıdır, amma göstərilən kateqoriyaya uyğun gəlmir. Peşəkar yanaşma məhz bundan ibarətdir.

Bundan əlavə, ekspert daim məşq etməlidir. Bu, idmandakı kimidir: məşqləri dayandırsanız, bacarıqlarınız tədricən zəifləyər. Dad və ətirdəki incə nüansları ayırd etmək qabiliyyətini davamlı şəkildə inkişaf etdirmək lazımdır.

– Siz Bakıda anadan olmusunuz və bu gün yenidən Azərbaycana səfər edirsiniz. Uşaqlığınızın şəhəri ilə bağlı ən yadda qalan xatirələr hansılardır?

– Ən maraqlısı odur ki, bir çox xatirələr tamamilə gözlənilmədən yada düşür. Elə bilirsən ki, onları çoxdan unutmusan.

Məsələn, Qubada olarkən restoranda süfrəmizə isti çörək gətirdilər. Birdən xatırladım ki, uşaqlığımda Bakı küçələrində insanlar isti çörək sataraq “Təndir, təndir!” deyə səslənirdilər. Köhnə hamamlardan birini ziyarət edərkən isə sanki uşaqlığıma qayıtdım və atamın məni qardaşımla birlikdə evimizin yaxınlığındakı ictimai hamama apardığını xatırladım. O vaxtlar hər mənzildə duş kabinası olmurdu.

Sevdiyin 160 nömrəli məktəbin yanından keçirsən və birdən dostlarını, birlikdə etdiyiniz bütün zarafatları xatırlayırsan. Yaxınlıqda isə Xaqani küçəsində yerləşən yaşadığım ev... Və mən yenidən qayğısız gəncliyimə qayıdıram.

Bəzən sadəcə bir yeməyin dadına baxmaq kifayətdir. Tanış dad və ya qoxu səni zaman maşını kimi keçmişə aparır.

– Fəaliyyətiniz ərzində müxtəlif ölkələrin pivəbişirmə ənənələri ilə tanış olmaq imkanınız olub. Azərbaycanda kraft pivəbişirmə və qastronomik turizm mədəniyyətinin inkişafı üçün potensial görürsünüzmü?

– Şübhəsiz ki, böyük potensial var. Azərbaycan dünyəvi dövlətdir və burada pivə həvəskarları az deyil. Lakin bu sahənin inkişafı zaman, investisiya və uzunmüddətli yanaşma tələb edir.

Bu, bir növ uşaq böyütməyə bənzəyir: səy, bilik və resurs sərf edirsən, nəticəni isə illər sonra görürsən. Burada da eyni vəziyyətdir. İstehlak mədəniyyəti formalaşdırılmalı, insanlar müxtəlif içki növləri ilə tanış edilməlidir.

Qastronomik turizmə gəldikdə isə, hesab edirəm ki, bu istiqamətdə inkişaf üçün çox böyük imkanlar mövcuddur. Sadəcə, proses düzgün təşkil edilməlidir.

Mən hətta Azərbaycanda pivə mədəniyyəti üzrə kurslar yaratmağa çalışmışdım. İdeyalar və imkanlar var idi, lakin layihəni həyata keçirmək mümkün olmadı.

Düşünürəm ki, böyük şirkətlər belə təşəbbüslərə investisiya qoya bilərlər. Bu, əslində gələcəyə qoyulan sərmayədir. Təhsilyönümlü tədbirlərin, müsabiqələrin və festivalların keçirilməsi vacibdir. Mən də bu sahədəki təcrübəmi məmnuniyyətlə bölüşərəm.

Bu yaxınlarda “Pivə biliciləri” adlı müsabiqə təşkil etdik. İştirakçılar pivə ilə bağlı sualları cavablandırır, müxtəlif sınaqlardan keçir, pivənin qida məhsulları ilə uyğunlaşdırılmasını, üslubların müəyyən edilməsini və hətta pivədəki qüsurların aşkarlanmasını öyrənirdilər. Qalib isə Danimarkaya səyahət qazandı.

Belə layihələr insanların yeni biliklər əldə etməsinə və istehlak mədəniyyətinin formalaşmasına real töhfə verir.

– Hazırda kitab üzərində işləyirsiniz. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

– Həyatım dəyişib – artıq təqaüddəyəm. Amma yenə də həmin Rafael olaraq qalmışam. Bütün sevgimi, topladığım təcrübəni və biliklərimi bu kitabda əks etdirməyə çalışmışam.

Kitab “Sehrli dünyaya pəncərə” adlanır. Oxucular üçün 30 ildən artıq yaşadığım dünyaya bir qapı açmağa çalışmışam. Bu, nə ensiklopediya, nə də məlumat kitabıdır.

Bu, pivəyə, peşəmə və şəhərimə olan sevginin kitabıdır. Burada həyatdakı kimi hər şey bir-birinə qarışıb. Mən Bakıda ilk dəfə pivənin dadına baxmağımdan, peşəkar yolumdan və yeni növlərin yaradılmasından bəhs edirəm. Kitabın böyük bir fəsli Azərbaycanda pivəbişirmə tarixinə həsr olunub.

Kitab üzərində işləyərkən müxtəlif ölkələrdən mənə göndərilən arxiv materiallarını araşdırırdım. Bu tədqiqatlar nəticəsində məlum oldu ki, müasir Azərbaycanın ərazisində ilk pivə zavodu əvvəllər hesab olunduğu yerdə yaranmayıb.

Uzun illər düşünülürdü ki, ilk pivə Zığ qəsəbəsindəki zavodda istehsal olunub. Lakin məlum olub ki, alman köçkünləri hələ XIX əsrdə Gəncə yaxınlığındakı Helenendorf yaşayış məntəqəsində pivə zavodu quraraq pivə istehsalı ilə məşğul olublar.

Hazırkı səfərim zamanı həmin yerləri öz gözlərimlə görmək üçün xüsusi olaraq ora getməyi xahiş etdim. Köhnə kilsəni ziyarət etdim, tarixi məkanları gördüm. Ola bilsin ki, bu səfər kitabın yeni materiallar və fotoşəkillərlə zənginləşməsinə səbəb olacaq.

Kitabın ayrı-ayrı fəsilləri qastronomiyaya həsr olunub. Bir çox insan şərab və pendirin uyğunlaşdırılması haqqında məlumatlıdır, lakin pivə ilə pendirin uyğunluğu barədə daha az danışılır. Halbuki onlar mükəmməl qastronomik duet yaradır.

Kitabda müxtəlif pivə növlərinin hansı yeməklər və pendirlərlə daha yaxşı uyğunlaşdığı barədə ətraflı məlumat vermişəm. Ümid edirəm ki, nəşr üzərində işi sentyabr ayına qədər tamamlayacağam. Əlbəttə, kitabın Azərbaycan dilində nəşr olunmasını və ya tərcümə edilməsini görmək məni çox sevindirər.

– Azərbaycana hazırkı səfərinizdən hansı təəssüratlar sizin üçün daha yaddaqalan oldu?

– Məni ən çox Gəncə valeh etdi. Dünyada özümü evimdəki kimi hiss etdiyim bir neçə şəhər var. Bakıdan başqa bunlar Roma və Vilnüsdür. İndi isə Gəncə də həmin siyahıya əlavə olunub.

Orada son dərəcə xoş bir daxili rahatlıq hiss etdim. Sanki şəhərlə aramda xüsusi bir bağ var. Diri Baba məqbərəsini ziyarət etmək də məndə çox güclü təəssürat yaratdı. Bu məkanın özünəməxsus enerjisi var. Belə hissləri sözlə ifadə etmək çətindir.

Müasir Azərbaycan haqqında danışsaq, mən tamamilə fərqli bir ölkə görürəm. Əla yollar, müasir infrastruktur yaradılıb, qədim milli mətbəx nümunələri yenidən populyarlaşdırılır və yaşadılır.

Bu gün Azərbaycan səyahətçilər üçün əsl qastronomik cənnətdir. Bu barədə beynəlxalq auditoriyaya daha çox danışmaq lazımdır. Burada görməli, kəşf etməli və dünyanın hər yerindən gələn qonaqlara təqdim etməli çox şey var.

Müxbir – Pərvanə Qafarova

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb