Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Hüseynov: Avropa Şurasının ikili standartlar siyasəti təşkilatı ciddi böhrana apara bilər

Rafael Hüseynov: Avropa Şurasının ikili standartlar siyasəti təşkilatı ciddi böhrana apara bilər

Strasburq, 9 oktyabr, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə Büro və Daimi Komitənin keçən sessiyadan ötən müddət ərzində fəaliyyətlərini əks etdirən inkişaf haqda məruzənin dinlənilməsindən sonra başlanan müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasının bir sıra iş prinsiplərini kəskin tənqid edib. Deputat deyib: “Avropanın, bütövlükdə dünyanın və təşkilatımızın həyatındakı mühüm dəyişikliklərin vədini verən, dünənimizi bir daha ciddi şəkildə nəzərdən keçirməyi tələb edən vacib keçid mərhələsini yaşayırıq. Zənnimcə, belə bir son dərəcə məsul zaman kəsiyində inkişaf haqda məruzələrdə yalnız hesabat dövrünə aid faktları sadalayaraq onlara qiymət verməklə kifayətlənmək olmaz. Biz həm də və bəlkə də, ilk növbədə, geridə qalan müddətdəki iş prinsiplərimizi, təşkilatın fəaliyyət xəttində müşahidə olunan yaxşı-yaman cəhətləri də mütləq diqqətdə saxlamalı və dərindən, həssaslıqla təhlil etməli, nəticələr çıxarmalıyıq”.

Həmin nöqsanlı yanaşma üsullarından birinin Avropa Şurasında son dövrdə Azərbaycana qarşı ikili standartlara əsaslanan qərəzli hücum kampaniyasının aparılması olduğunu vurğulayan Rafael Hüseynov bildirib: “Bu fonda son aylar boyunca Azərbaycanın hədəfə götürülməsi məsələsi ilə bağlı bəzi mülahizələrimi bölüşmək istərdim. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və biz bu ailəyə onu sadəcə nüfuzlu beynəlxalq təşkilat hesab edərək gəlməmişik. Azərbaycan əvvəldən Avropa Şurasına bir yol, məktəb kimi yanaşıb və həm də həmişə bu təşkilata arxalanıb, güvənib. Mən 2001-ci ilin ilk sessiyalarından birindən sonra o zaman Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevlə görüşümüzü xatırlayıram. Bu, mətbuatın iştirakı olmadan keçirilən görüş idi və böyük siyasətçi və dövlət xadimi bizə tövsiyələrini verirdi. Belə bir əhvalatı da söylədi ki, dövlətlərdən birinin başçısı Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı ona deyib ki, nahaq o təşkilata can atırsınız. Elə bizim kimi hey tənqidə məruz qalacaqsınız. Prezident də dərhal belə cavab verib ki, biz tənqiddən qorxmuruq. Qüsurlarımız olsa qoy tənqid etsinlər. Demokratiya yolunu tutmuşuqsa, bu yoldakı hər sınağa dözəcəyik. Bu görüşdən və bizim Avropa Şurasında həqiqi üzv olduğumuz ilk günlərdən 16 il keçir. Bu illər ərzində Azərbaycanın nail olduğu inkişafda Avropa Şurasının danılmaz payı var. Baxmayaraq ki, burada mütəmadi olaraq ən kəskin tənqidlər də eşitmişik. Ən vacibi odur ki, arxada qalan müddət ərzində Avropa Şurası həm də bizim müstəqilliyimizi qoruyan ən vacib zirehlərdən biri vəzifəsini də yerinə yetirib. Lakin son dövrdə, xüsusən indi müzakirəsini apardığımız axırıncı aylar ərzində Azərbaycanı öz siyasi nüfuz dairəsinə salmaq istəyən qüvvələrin təşkilatçılığı və yönəltməsi ilə Azərbaycana qarşı geniş hücum kampaniyası başlanıb. Bu həmlələrin də məğzini daha çox şər, böhtan, qarayaxma təşkil edir. Təəssüflər olsun ki, həmin qüvvələrin təsiri Avropa Şurasına da gəlib çatıb və Avropa Şurası da həmin xora qoşulub. Burada Azərbaycana qarşı işləyən bir komanda var. Ancaq indi elə şərait yaradılıb ki, Azərbaycana xeyirxah, dost münasibətlər bəsləyənlər belə Azərbaycan haqqında müsbət həqiqətləri dilə gətirməyə ehtiyat edirlər ki, kimlərsə onları bizə işləməkdə qınaya bilər”.

Deputat Rafael Hüseynov Avropa Şurasının ayrı-ayrı ölkələrə qarşı apardığı qərəzli xəttin çox ziyanlı olduğunu və təşkilatın özünün ciddi böhrana uğramasına əsas yaratdığını da assambleya üzvlərinin diqqətinə çatdırıb: “Hər bir iş, hər bir hərəkət və o cümlədən tənqid yalnız ölçüsündə olanda, ifrata varmayanda, qərəzlə qarışmayanda faydalı ola bilər. Düşünürəm ki, Avropa Şurasının Bürosu, bütövlükdə rəhbərliyi ayrı-ayrı ölkələrə qarşı münasibətdə ikili standartlarla yanaşmalar, xüsusi təzyiq mexanizmləri tətbiq edərək onları bu təşkilatdan bezdirmək kimi arzuolunmaz yoldan çəkinməlidir. Çünki belə təşəbbüslər təşkilatın özünü qısa zamanda çox sürətlə ciddi böhrana və süquta apara bilər”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan qanun qüvvəyə minib

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Siciliyada Antonello da Messinanın əsərlərini oğurlayanların istifadə etdiyi ehtimal olunan furqon aşkarlanıb

Hindistanda yaşı 3,5 milyard il olan biogen mənşəli çöküntülər aşkar edilib

Teyara Velimetova: Kitabımın əsasını Müslüm Maqomayevlə Tamara Sinyavskayanın sevgi hekayəsi təşkil edib

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Kuşner: 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

Tramp: Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik

Azərbaycan güləşçiləri dünya çempionatına iki medalla start veriblər

Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb

Tamara Sinyavskaya: Bakıda hər dəfə Müslüm Maqomayevin varlığını hiss edirəm

Premyer Liqa: “Qarabağ” üç xalı üç qolla qazanıb

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə töhfə verir

Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi açılıb

Almaniyanın xidmət işçiləri altı limanda xəbərdarlıq tətili keçirəcəklər

Süni intellekt Brüsselin siyasi dairələrində lobbiçilərin fəaliyyətini dəyişir

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Bu saata olan əsas xəbərlər

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib

Aİ Avropada meşə yanğınlarına qarşı mübarizəyə əlavə dəstək göndərib

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19 mindən çox nikah bağlanıb

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Əməkdar rəssam: NDU-da açılacaq Heykəltaraşlıq ixtisası müasir sənət təhsilinin inkişafına töhfə verəcək

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Naxçıvana 258 milyon manatın ayrılması regionun dayanıqlı inkişafına yönəlmiş siyasətin növbəti mühüm hissəsidir – RƏY

Ceymi Vardi Braziliya klubu ilə anlaşıb

ABŞ eksperti: TRIPP Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib

Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? - analizin nəticələri açıqlandı

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Buğaçda “Qurultay”: macar ənənələri və köçəri xalqların irsi

Gürcüstanda azərbaycandilli ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

Türkiyənin “MARLİN” ekipajsız katerləri dəniz minalama sistemi ilə təchiz edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

AZAL Atırauya ilk reysini həyata keçirib

Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Şuşanın Kiçik Qaladərəsi kəndinə köçən 11 ailəyə mənzillərin açarları təqdim edilib

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Dövlət orqanlarında 847 vakant inzibati vəzifənin tutulması üçün müsahibə elan edilib

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan ŞƏRH

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib

Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb

Türkiyə vətəndaşı uşaq ölümlərinə diqqəti cəlb etmək üçün 730 kilometr yolu piyada gedəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 33 faizi ötüb

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq

“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır

® Aylıq 1 faizdən başlayan “Lombard” krediti

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur ŞƏRH

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi təhlükəsizlik arxitekturasının əsasını təşkil edir- ŞƏRH

Məlahət Abbasova Türkiyənin Film-San teatr mükafatının münsiflər heyətinə seçilib

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

“Sumqayıt”ın kapitanı əməliyyat olunub

“Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır

Şəhid ailələri Qarabağa səfər ediblər

“İmişli” gənc futbolçusu ilə vidalaşıb

“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır