Rafael Nadal ABŞ açıq turnirində kişilərin fərdi yarışının qalibi olub
Bakı, 11 sentyabr, AZƏRTAC
Dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Rafael Nadal Nyu-Yorkda keçirilən ABŞ açıq turnirində kişilərin fərdi yarışının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Nadal final qarşılaşmasında Cənubi Afrika Respublikasından olan tennisçi, dünya reytinqində 28-ci yerdə qərarlaşan Kevin Andersonu məğlub edib. Setlərdə 6:3, 6:3 və 6:4 hesabı ilə qalib gələn ispaniyalı tennisçi karyerasında üçüncü dəfə ABŞ açıq turnirinin kubokunu başı üzərinə qaldırıb. Nadal bu qələbə sayəsində turnirin 3,7 milyon dollarlıq əsas mükafatının da sahibi olub.
Qeyd edək ki, bu, Nadalın cari ildə ikinci, karyerası ərzində isə 16-cı böyük dəbilqə çempionluğudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [18:18]
"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]