Rafiq Əzimov: Rasim Balayev sənətinə sonsuz bağlılığı ilə seçilirdi VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Rasim Balayev milli mədəniyyətimizin aparıcı simalarından biri idi. Yaratdığı obrazlar və çəkildiyi “Nəsimi” və “Babək” kimi bənzərsiz filmlər Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutur. Onunla bir neçə filmdə birgə çalışmağım mənim üçün böyük şərəf idi.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib.
O qeyd edib ki, Rasim Balayevin sənətinə olan sonsuz bağlılığı hər zaman hiss olunurdu. “Onu hələ məktəb illərindən tanıyırdım və bu tanışlıq mənim üçün hər zaman xüsusi dəyər daşıyıb. Tələbəlik illərindən etibarən səhnəyə və sənətə bağlılığı, diplom tamaşasından başlayaraq daim özünü doğrultması bunu bir daha sübut edirdi”,- deyə R.Əzimov əlavə edib.
Müxbir - Fidan Əlizadə