Rafiq Həşimov: Leksikonumuzun zənginliyini qorumaq üçün sinonimlərdən daha çox istifadə etməliyik
Bakı, 25 noyabr, Fidan Əlizadə, AZƏRTAC
Bütün dillər zəngindir və dil qazanılmış yox, verilmiş keyfiyyətdir. Azərbaycan dili axıcı və musiqili quruluşa malikdir, vurğuların sonda gəlməsi isə dilimizin ahəngini daha da gücləndirir. Bəzən belə fikirlər səslənir ki, tərcümələrdə çətinlik yaranır, dilimiz kifayət qədər zəngin deyil. Bu, tamamilə yanlışdır. Bir çox dillərdən nəsr əsərlərini tərcümə etmiş bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan dili bu mətnləri olduqca sərbəst və gözəl şəkildə ifadə etməyə imkan verir.
Bunu AZƏRTAC-a açıqlamasında aparıcı, ssenarist, rejissor Rafiq Həşimov deyib.
Onun sözlərinə görə, dilimizin zənginliyini sübut edən əsas mənbələrdən biri də sinonimlər lüğətidir.
“Leksikonumuz genişdir və bu zənginliyi qorumaq üçün sinonimlərdən daha çox istifadə etməliyik. Mən 1990-cı ildən etibarən efirdəyəm və aparıcı kimi fəaliyyət göstərirəm. Televiziya və radio mühitində nitqlə bağlı ciddi problemlərin mövcud olduğunu görürəm və bacardığım qədər bu sahədə dəstək olmağa çalışıram”,- deyə R.Həşimov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]