Raket və artilleriya bölmələrinin təlimləri davam edir VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər zamanı bölmələrin yürüş imkanları, eləcə də onların cəmləşmə rayonlarına çıxarılması, start və atəş mövqelərinin vaxtında və düzgün tutmaları yoxlanılıb.
Bu mərhələdə əsas diqqət qoşunların dayanıqlı, gizli və operativ idarə olunmasına yönəldilib.