Ramilia Əliyeva: Qısa müddət ərzində Azərbaycan bir çox böyük dövlətlərin edə bilmədiklərini bacarıb
Tbilisi, 24 iyul, AZƏRTAC
Birinci Şuşa Qlobal Media Forumundan təxminən bir il keçib. Bu dəfə biz Şuşaya daha bir yeni yolla gəldik, yeni inşa edilən tunellərdən keçdik. Füzuli Beynəlxalq Hava Limanından Şuşaya səfərimiz çox rahat keçdi. Müharibənin bu regiona vurduğu zərərin hesablanması yəqin ki, hələ də tam mümkün deyil. Çünki minalanmış bir çox ərazilər var və bu ərazilərin təmizlənməsi təəssüf ki, bəlli olan səbəblərə görə istənilən sürətlə həyata keçirilmir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 2-ci Şuşa Qlobal Media Forumunun Gürcüstandan olan iştirakçısı, telejurnalist Ramilia Əliyeva söyləyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işlərini “Külləri üzərində yenidən qurulan Qarabağ” adlandırmaq olar.
Telejurnalist deyib ki, Qarabağda aparılan bərpa-yenidənqurma işlərini izlədikdə Azərbaycanın istər iqtisadi, istərsə də ideoloji cəhətdən güclü, qüdrətli dövlət olduğunu qəbul etməmək mümkün deyil. Qısa müddət ərzində Azərbaycan bir çox böyük dövlətlərin edə bilmədiklərini bacarıb. Adi gözlə də görünür ki, Qarabağ regionunda bərpa-yenidənqurma işləri 24/7 prinsipi ilə həyata keçirilir. Sıfırdan yenidən qurulan Qarabağ, heç şübhəsiz, Prezident İlham Əliyevin düzgün siyasətinin bəhrəsidir.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]