Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramiz Bəkirov: Ulu Öndər Gürcüstanda yaşayan azərbaycanlılara daim yüksək qayğı və diqqət göstərib

Ramiz Bəkirov: Ulu Öndər Gürcüstanda yaşayan azərbaycanlılara daim yüksək qayğı və diqqət göstərib

Tbilisi, 30 yanvar, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hələ sovet dövründə Gürcüstanda yaşayan azərbaycanlılar haqqında düşünüb, onlara daim diqqət və qayğı göstərib. Soydaşlarımızın azad, firavan və xoşbəxt yaşamaları üçün müəyyən addımlar atıb.

Bu sözləri Gürcüstan parlamentinin sabiq deputatı, Gürcüstan Azərbaycanlıları Konqresinin təsisçisi və konqresin idarə heyətinin üzvü Ramiz Bəkirov AZƏRTAC-a Ulu Öndər haqqında xatirələrini bölüşərkən söyləyib.

R.Bəkirov deyib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışına Gürcüstanda da sevinənlər çox idi. “Biz onun necə böyük siyasətçi, dövlət xadimi olduğunu bilirdik. Düşünürdük ki, Azərbaycanımızı düşdüyü bəladan yalnız dərin dövlətçilik təcrübəsinə malik olan şəxs xilas edə bilər. Gürcüstanda Ulu Öndərlə görüşmək istəyən çox adam var idi. Mən də çox istəyirdim ki, onunla görüşüm, onun nə düşündüyünü, necə danışdığını bilim. Zaman keçdi və bu istəyim reallaşdı”, - deyə sabiq deputat bildirib.

Bakıda ali təhsil aldığı zaman teatra, tamaşalara böyük marağı olan R.Bəkirov 1976-cı ildə Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun “Kəndçi qız” tamaşasına baxmağa gedib. Həmin dövrü xatırlayan müsahibimiz deyir: “Hələ tamaşa başlamamışdı. Birdən zala dərin sükut çökdü. İnsanlar ayağa qalxıb kimisə salamlayırdı. O adam, Heydər Əliyev idi. Ulu Öndər insanlarla gülə-gülə salamlaşdı, bəziləri ilə hal-əhval tutduqdan sonra qabaq sıralardakı yerlərdən birində əyləşdi. Tamaşa başladı və hamının diqqəti səhnəyə yönəldi. Tamaşa qurtardıqdan sonra tamaşaçıların alqış sədalarından qulaq tutulurdu. Heydər Əliyev aktyorlarla görüşdü. Yanımdakı insanlardan onun nə etdiyini, aktyorlara nə dediyini soruşdum. Orta yaşlı kişi mənə baxıb dedi ki, Heydər Əliyev teatr və kino sənətini çox sevir. O tamaşalara, kinolara baxmağı, aktyorlarla görüşməyi sevir. İndi də aktyorlarla yəqin ki, öz təəssüratlarını bölüşür, tövsiyələrini verir. Onun fikirləri teatr aktyorları, rejissorlar və yazıçılar üçün çox vacibdir”.

Daim ürəyində Heydər Əliyevlə görüşmək istəyi olan Ramiz Bəkirov sonunda bu arzusuna çatır.

Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstan da Azərbaycan kimi, öz dövlət müstəqilliyini bərpa etdi. O zaman siyasi proseslərdə fəal iştirak edən R.Bəkirov “Gürcüstan Vətəndaşlar İttifaqı”nın namizədi kimi, 1995-ci ildə Gürcüstan parlamentinin deputatı seçilir.

O dövrlərdə Azərbaycan Prezidentinin şəxsi nümayəndəsi kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanov daim Gürcüstanda yaşayan soydaşlarla sıx əlaqə saxlayırdı. Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır, onların həllinə çalışırdı. Bir gün A.Aslanov R.Bəkirova və daha bir neçə fəal soydaşımıza Heydər Əliyevlə görüşəcəklərini bildirir.

Bu təklif R.Bəkirovun arzusuna çatması üçün ən böyük şans olur.

A.Aslanovun vasitəçiliyi ilə Gürcüstan parlamentinin ozamankı deputatları Ramiz Bəkirov, İsaq Novruzov və Hidayət Hüseynov, eləcə də, AzTV-nin Gürcüstan üzrə müxbiri Şahismayıl Məmmədov 1996-cı il yanvarın 6-da Bakıda Prezident İqamətgahında Heydər Əliyevlə görüşür. Bir saatdan çox çəkən görüşdə Heydər Əliyev onları diqqətlə dinləyir, qayğı və problemləri ilə maraqlanır.

Ulu Öndər Heydər Əliyev onlara deyir: “Siz Gürcüstanda yaşayan azərbaycanlılar, unutmayın ki, Gürcüstan sizin vətəniniz, sizin dövlətinizdir. Siz bu dövlətin qurulmasında, möhkəmlənməsində və inkişafında gürcü qardaşlarla çiyin-çiyinə çalışmalısınız. Sizin Gürcüstan parlamentinin deputatı seçilməyiniz məni çox sevindirir. Çalışın Gürcüstanda yaşayan azərbaycanlılar öz zəka və bacarıqları ilə hamıdan öndə olsunlar”.

Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin daha möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində olub. Heydər Əliyev bir sıra irimiqyaslı regional enerji layihələrindən danışıb. Ulu Öndər deyib ki, Azərbaycan neftinin Avropaya nəqli üçün bir sıra marşrutlar var. Lakin O, bu kəmərin Gürcüstandan keçməsini istəyir.

Sovet dövründə də Gürcüstanda yaşayan soydaşlarımız haqqında düşündüyünü və onlara müəyyən kömək etdiyini diqqətə çatdıran Heydər Əliyev deyib: “Onların bəzilərini Azərbaycanda yüksək vəzifələrə cəlb etmişəm. İndi də bu iri layihələr üzərində işləyirik. Çalışıram ki, Azərbaycan neftini Avropaya daşıyacaq kəmər Gürcüstandan keçsin. Gürcüstanda bizim yüz minlərlə soydaşımız var. Mən onların taleyinə biganə qala bilmərəm”.

Görüşdə Gürcüstanda Azərbaycan səfirliyinin açılması məsələsi də müzakirə olunub. Heydər Əliyev təyin olunacaq səfirin Gürcüstanı, soydaşlarımızın problemlərini yaxşı bilən adam olmasını istəyib və onlardan belə bir soydaşın olub-olmadığını soruşub.

Onlar da, bir nəfərin namizədliyini irəli sürüblər. Heydər Əliyev köməkçisinə həmin adamın adını qeyd etməyi tapşırır və bir müddət sonra səfir təyin olunur.

R.Bəkirovun sözlərinə görə, nümayəndə heyətinin üzvləri soydaşlarımız adından Heydər Əliyevi Gürcüstana dəvət edirlər.

Heydər Əliyev belə bir dəvəti yaxın dostu Eduard Şevardnadzedən də aldığını bildirir və 1996-cı il martın 8-9-da Ulu Öndərin Gürcüstana səfəri baş tutur.

R.Bəkirovun sözlərinə görə, bu səfər çox uğurlu, Gürcüstan azərbaycanlıları üçün mühüm əhəmiyyət kəsb edən tarixi bir səfər olub. Səfərin ən yaddaqalan və əhəmiyyət kəsb edən hissəsi soydaşlarımızla bağlı olub.

Belə ki, Z.Poliaşvili adına Gürcüstan Akademik Dövlət Dram Teatrında Prezident Heydər Əliyevlə soydaşlarımızın görüşü təşkil edilib. Gürcüstan Prezidenti Edurd Şevardnadze çıxışı zamanı bu ölkədə yaşayan azərbaycanlıları diaspor adlandırıb. Bu isə Heydər Əliyevin etirazına səbəb olub. Ulu Öndər elə yerindəcə bu ifadəyə öz etirazını bildirir və deyir: “Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil. Onlar, aborigen xalqdır. Ona görə də onları diaspor adlandırmaq düzgün deyil. Onlar bizim soydaşlarımızdırlar”.

E.Şevardnadze diaspor ifadəsini sadəcə olaraq dilinə yaxşı yatdığı üçün işlətdiyini bildirir və Ulu Öndərlə razılaşır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev soydaşlarımıza müraciətində deyib: “Gürcüstanda yaşayan azərbaycanlılar! Sizin ulu babalarınız, Azərbaycan və gürcü xalqları yadellilərə qarşı birgə mübarizə aparıblar. Öz torpaqlarını müdafiə ediblər. Bu dostluq bu gün də davam edir. Ona görə də əziz bacılar, qardaşlar, bu, sizin doğma vətəninizdir, bu, sizin doğma torpaqlarınızdır. Siz öz doğma vətəninizdə, torpaqlarınızda yaşayırsınız”.

Bu çıxışı Ulu Öndərin millətinə, xalqına yüksək sevgisinin təzahürü adlandıran R.Bəkirov deyir ki, bu çıxış, həmçinin bizim öz Vətənimizdə ayaq üstə durmağımıza bir çağırış idi. Biz gürcüstanlılar hər zaman Ulu Öndərin bu ağsaqqal mövqeyini minnətdarlıq hissi ilə xatırlayırıq.

Sabiq deputat deyir ki, Ümummilli Lider Heydər Əliyev fenomen yaddaşa malik idi: “Heydər Əliyev bir dəfə Gürcüstanda Eduard Şevardnadzenin iqamətgahında olarkən dəyirmi masa arxasında onunla görüşənlərin - bizim hər birimizin adlarını sadaladı. Onunla görüşdən bir iki epizod da danışdı. Eduard Şevardnadze həmin tədbirdə Azərbaycan neftinin Gürcüstan ərazisindən keçməklə Avropaya nəqlinə icazə verdiyi üçün Heydər Əliyevə bir daha dərin minnətdarlıq etdi. Heydər Əliyev isə qarşıda hələ daha böyük layihələrin olduğunu bildirdi”.

R.Bəkirov 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı iştirakı zamanı Ulu Öndərin çıxışını xatırlayaraq deyib: “Heydər Əliyev çıxış edərək dünya azərbaycanlılarını həmrəyliyə, birliyə, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa və inkişaf etdirməyə, Ana dilimizi mükəmməl öyrənməyə çağırdı. Bu çağırış həqiqətən də dünya azərbaycanlılarının birliyində mühüm əhəmiyyət kəsb etdi. Ulu Öndər istəyirdi ki, azərbaycanlılar hansı ölkələrdə işləyirlərsə, o ölkələrdə istədikləri kimi azad yaşasınlar, lakin öz milli mənsubiyyətlərini heç zaman unutmasınlar”.

Müsahibim deyir ki, Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Onun Ulu Öndəri, dünyaşöhrətli tarixi şəxsiyyəti və bu tarixi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən, ideyalarını yaşadan, həyata keçirən İlham Əliyev kimi praqmatik Prezidenti var. Bu gün Azərbaycan xalqı və dünya azərbaycanlıları, eləcə də Gürcüstanda yaşayan azərbaycanlılar tarixi vətənləri Azərbaycanın, onun Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşiblər. Bu birlik əbədidir, ölməzdir və heç zaman qırılmayacaq tellərlə bağlıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir