SİYASƏT
Ravvin: Donald Trampın və Kamala Harrisin iqlim dəyişikliyi ilə bağlı fərqli yanaşmaları var
Bakı, 5 noyabr, AZƏRTAC
Dinlərarası əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür platformanın əhəmiyyəti böyükdür. Dünya dini liderlərinin qlobal Bakı Sammitinin təşkili Azərbaycanın nə qədər multikultural ölkə olduğunun göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında deyib.
Bu gün ABŞ-da prezident seçkilərinin keçirildiyini diqqətə çatdıran ravvinin sözlərinə görə, namizədlərin - Donald Trampın və Kamala Harrisin iqlim dəyişikliyi ilə bağlı fərqli yanaşmaları var. Ona görə də bu gün ABŞ xalqı iqlim dəyişikliyi ilə bağlı mühüm seçim edəcək.