SİYASƏT
Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əlaqələrin təşviqi sahəsində multikultural harmoniya çırağıdır VİDEO
Vaşinqton, 29 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumların, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Konfransda iştirak edən natiqlərdən biri, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer deyib: “Mən bu dinlərarası dialoqa həsr olunmuş konfransda iştirak etməkdən şərəf duyuram. Azərbaycan 57 müsəlman ölkəsi arasında dinlərarası əlaqələrin təşviqi sahəsində multikultural harmoniya çırağıdır. Azərbaycan Prezidenti İlham Əliyev dinlərarası dialoqun, əməkdaşlığın və birgəyaşayışın genişləndirilməsi üçün enerji və resursların sərf edilməsində xüsusi rol oynayır. Prezident İlham Əliyev bununla dünyaya bir nümunə göstərir. Mən bu prosesin və ABŞ ilə Azərbaycan arasında xüsusi münasibətlərin bir hissəsi olmaqdan qürur duyuram”.
Xatırladaq ki, konfrans ABŞ-ın Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.