RAYONLARDA ƏHALİNİN ENERJİ TƏMİNATIYAXŞILAŞDIRILACAQDIR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gədəbəy və Qazax rayonlarının enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə gələn il 110 kilovoltluq Zəyəm-Gədəbəy elektrik ötürücü xəttinin çəkilişi və 35 kilovoltluq “Ağstafaçay” xəttinin “Dağkəsəmən” yarımstansiyasından ayrılması nəzərdə tutulmuşdur.
Saatlı rayonunda isə 40 meqavatlıq yeni transformator quraşdırılacaqdır.
“Azərenerji” Sabirabad və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları ilə birgə əhalinin enerji təminatını yaxşılaşdırmaq üçün rayondaxili elektrik ötürücü xətlərini dəyişdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]