“REAL”IN ÇİNƏ SƏFƏRİ QALMAQALLA NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərdə deyilir ki, Madridin məşhur “Real” futbol komandası Çinə səfərə gəlmişdir. Madridlilər ilk yoldaşlıq görüşünü Çin yıgma komandasına qarşı keçirmiş və gözəl oyun nümayiş etdirərək 4:2 hesabı ilə qələbə qazanmışlar. Lakin “Real”ın Çinə bu səfəri qalmaqalla nəticələnmişdir. Belə ki, Honkonqda nümunəvi məşqlər ləğv olunduğu üçün yığma komanda ilə görüşdən əvvəl yerli mətbuatda hay-küy qalxmışdır. Məşqlərə baxmaq üçün bahalı biletlər alan minlərlə adam İspaniya futbolçularını səbirsizliklə gözləsələr də, onlar gəlib çıxmamışlar. Ancaq bəzi futbolçular, o cümlədən Ronaldo gecə Honkonqun küçələrinə gəzintiyə çıxmışdır. Ertəsi gün mətbuatda onların şəkilləri peyda olmuş, “Real”ı Çin azarkeşlərinə qarşı hörmətsizlikdə ittiham etmişlər. Qalmaqal o dərəcəyə çatmışdı ki, klubun prezidenti Florentino Peres televiziya ilə çıxış edib üzr istəmiş və demişdir ki, o və klubun oyunçuları Çinə böyük hörmət bəsləyir və Şanxayda gənclər üçün futbol məktəbi təşkil etməyi qərara almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]