Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın özü qərar verib Qarabağı geri aldı
Ankara, 9 fevral, AZƏRTAC
Otuz ildir ki, Azərbaycan torpağı Qarabağı işğal altında tutdunuz. O torpaqlar azərbaycanlı qardaşlarımızındır. Azərbaycanın özü qərar verib Qarabağı geri aldı və biz də əlimizdən gələn dəstəyi verdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türkiyə Milli Kosmos Proqramının təqdimat mərasimindəki çıxışında deyib.
Türkiyənin kosmos və peyk texnologiyalarında böyük uğurlar qazandığını diqqətə çatdıran dövlət başçısı söyləyib ki, qardaş ölkənin milli istehsalı olan İHA (pilotsuz uçuş aparatları) və SİHA-lar ilə (pilotsuz silahlı uçuş aparatları) cəbhədə oyunları pozan tərəf olmağı bacardıq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]