Rəcəb Tayyib Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir
Ankara, 19 iyun, AZƏRTAC
Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan “Bir millət, iki dövlət” kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasında Azərbaycanın on milyon sakinini səmimiyyətlə salamladı.
Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub.
“Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm”, - deyən Prezident Ərdoğan Kahramanmaraşın “Azərbaycan” məhəlləsini təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.
Türkiyə lideri, həmçinin Kahramanmaraşda yeni yaşayış kompleksi layihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlət İdarəsinə (TOKİ) təşəkkür edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]