Referendumla əlaqədar Ankarada yaradılan seçki məntəqəsi səsverməyə hazırdır
Ankara, 18 sentyabr, AZƏRTAC
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində hazırlıq işləri başa çatıb.
Ankaradakı diplomatik nümayəndəlikdə 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılıb. Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Məntəqədə konsulluq qeydiyyatında olan seçicilər səs verəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara